Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsi və rayon şöbəsinin üzvləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümünü daha orjinal bir şəkildə qeyd ediblər.
Bu baradə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.
Ehtiyatda olan polkovnik Elmar Hüseynov bildirdi ki, müharibə veteranları Nəsimi rayonu İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər. O günlərin canlı şahidlərə gənclərimizə Xocalı və bu şəhər uğrunda gedən döyüşlərdən, erməni-rus birliklərinin törətdikləri hərbi cinayətlərdən söz açıblar.

E. Hüseynov qeyd etdi ki, bu cür tədbirlərin gəncliyin vətənpərvər ruhda tərbiyəsində böyük əhəmiyyəti var. O, müharibə veteranları adından məktəb rəhbərliyinə öz minnətdarlığnı bildirib.
Türkay