Ağdaş rayon veteranları anım tədbirində iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin üzvləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümünə ümumrayon tədbirlərində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev məlumat verib.

İlham Beydullayev bildirdi ki, hər il olduğu kimi bu il də Xocalı soyqırımının 30-cu ili müharibə veteranları tərəfindən qeyd edilib. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar rus və ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Şükürlər olsun ki, qəhrəman ordumuz qismən də olsa bu qisasımızı aldı.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: