«Əliyevə dedim ki, neft sarıdan çətinliyimiz var» — Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev Ukraynanı neft məhsulları ilə təmin etməyə söz verib .

Bu  barədə  Zelenski ukraynalılara videomüraciətində  deyib. 

«Ukraynanın mehriban dostu, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə danışdım, bildirdim ki, neft sarıdan çətinliyimiz var. Neft və neft məhsulları çatışmır. Hər şey elə də asan deyil. Amma indi hər şey yaxşı olacaq!», — o deyib.

Azərbaycandan müraciətə reaksiya verilib.

«SOCAR Energy Ukraine» təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verməyi qərara alıb.

SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov feysbuk səhifəsində yazıb.

«Ukraynada fəaliyyət göstərən «SOCAR Energy Ukraine» şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək», — paylaşımda deyilir.

Bu xəbəri paylaşın: