Tərtərdə Şəhidlər Bulağının açılışı olub

Tərtər raynunda şəhid polkovnik-leytenant Anar Vaqif oğlu Əliyevin və şəhidlərimizin xatirəsinə həsr olunmuş Şəhidlər Bulağı abidə kompleksinin açılışına Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının işçiləri, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və müharibə veteranları iştirak edirdilər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.

Şəhid polkovnik-leytenant Anar Vaqif oğlu Əliyevin təltif olunduğu «Xocavəndin azad edilməsi» medalı şəhidin atası Vaqif Əliyevə təqdim edilib.

Tədbir iştirakçıları abidəyə gül qoymuş Vətən uğrunda şəhid olanların ruhuna dualar oxumuşlar.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər

Bu xəbəri paylaşın: