“Rusiya işğalçıları tempi azaltsa da, Ukraynada müxtəlif istiqamətlərdə uğur əldə etməyə səy göstərirlər”.
Ukrayna Müdafiə Nazirliyinin məlumatında belə deyilir.
Bildirilib ki, Rusiyanın hərbi və mülki obyektlərə hava hücumları davam edib:
“Beynəlxalq humanitar hüququ pozan işğalçılar Ukraynanın Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket zərbələri endiriblər. Bütün hallarda Rusiyanın hərbi əməliyyatlarla bağlı cəhdləri uğursuz olub”.
Nazirliyin informasiyasına görə, fevralın 28-də Ukrayna ordusunun artilleriya atəşi nəticəsində Rusiyanın hərbi texnika və canlı qüvvəsindən ibarət 5 karvan məhv edilib.
“Düşəmən demoraliza olunub və böyük itkilər verir. Onlar arasında fərarilik və tabesizlik halları artıb. İşğalçılar bizdən qorxur. Ukraynanın müdafiəsi gücləndirilib”, — Ukrayna Müdafiə Nazirliyindən bildirilib.
