Yüksək peşəkarlığı və humanistliyi,nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 23 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmiş ehtiyatda olan polkovnik — leytenant Nağıyev Hilal Fikrət oğlunun fevral ayının 28- də 54 yaşı tamam olur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan polkovnik-leytenant Nağıyev Hilal Fikrət oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Hilal Fikrət oğlu Nağıyevin yaşının üstə gələn bu yaş, qoy ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Polkovnik-leytenant Hilal Fikrət oğlu Nağıyev 28 fevral 1968 -ci ildə Sumqayıt şəhərində anadan olub.
1985 -ci ildə Bakı şəhərində 44 nömrəli orta məktəbi, 1992- ci ildə Azərbaycan Texniki Universiteti, 2000-ci ildə Daxili Qoşunların Baş idarəsinin Xəzər rayonunda yerləşmiş Zabitlərin təhkimləşdirmə kursunu, 2005 -ci ildə isə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində yerləşən Ali Hərbi Məktəbində Zabitlərin Təhkimləşdirmə Kursunu bitrib. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox metodiki təlim toplanışlarında, təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1986-1988- ci illərdə Sovet Ordusunun Pribaltika Vilayətinin Kalininqrad şəhərində yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olub.
1994- 2015-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Binəqədi,Xəzər və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, tədris böluk komandiri, Tabor komandiri , Daxili Qoşunların Bas İdarəsinin Maddi Texniki Təminat İdarəsində isə Avtomobil və Zirehli Texnika şöbəsinin rəis müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hediyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə Görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90-illiyi və 95-iliyi yubiley medallarl ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidentinin 9 mart 2007- ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcunu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və şücaət göstərdiyinə görə «Hərbi xidmətlərinə görə» medalı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, HİLAL BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev




