Rusiya ordusu yenə güldürdü: Ukrayna polisindən yanacaq istədilər, əsir düşdülər

Ukrayna savaşı təkcə böyük itkilərlə fərqlənmir. Oradan kuryoz hadisələrlə bağlı xəbərlər də gəlir. Şevçenkovoda rus əsgərlərin davranışı qəribə göründüyü qədər də gülməlidir.

Ukraynada Rusiya ordusunun hərbçiləri yerli polisə yanacaq üçün müraciət edib. Onlar asayiş keşikçilərinin düşmənə kömək etməli olduğunu düşünüb. Polis fürsəti əldən verməyib, hərbçilər dərhal həbs olunub.

Ukraynanın Baş Prokuroru İrina Venediktova sosial media hesabında bununla bağlı istehzalı status yazıb. O, yerli polisin Rusiya ordusunun əsgərlərinin lazımi “yanacaq”la təmin etdiyini xüsusi vurğulayıb.

Hərbçilərdən birinin şəxsiyyətinin təsdiq edən sənəd də paylaşılıb. Həmin şəxsin 1995-ci il təvəllüdlü Konstantin Çuklin olduğunu görünür.

Rus əsgərlərin davranışı sosial mediada gülüş obyektinə çevrilib. Sosial şəbəkə istifadəçiləri onların çox ağılsız və sadəlövh hərəkət etdiyini yazır. Hərbçilər özləri isə ifadələrində ziddiyyətli sözlər deyiblər. Belə anlaşılıb ki, onlar Ukraynaya nə üçün gəldiklərini bilmirlər.

Mənbə: Bizimyol.info

Bu xəbəri paylaşın: