TƏBRİK: MÜRSƏLOV NAMİQ XƏLİL OĞLU — 42

İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biridə yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, təvazükarlığı və vətənpərvərliyi ilə secilən  ömrünün ən  məhsuldar dövrünün 20 il şərəfli xidməti yolunu hərbi xidmətdə  kecirmiş ehtiyatda olan polkovnik—leytenant  Namiq Xəlil oğlu  Mürsəlovdur. Mart ayının 3 də onun 42 yaşı tamam olur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Veten Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan polkovnik leytenant Mürsəlov Namiq Xalil oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarinda bitib- tükənməyən naliyyətlər arzulayır .

Arzu edirik ki, Namiq Mürsəlovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

Polkovnik-leytenant  Mürsəlov Namiq Xəlil oğlu  03 mart 1980 — ci ildə anadan olub, Əslən Xaçmaz rayonundandır.

1997 -ci ildə Xaçmaz rayonunda 1(bir) saylı orta məktəbi, 2002- ci ildə,Heydər Əliyev Adına Ali Hərbi məktəbi və 2003-cü ildə Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən Qala tədris mərkəzinin zabitlərin ixtisas kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində ( DQBİ-nin hərbi hissələrində) və Xarici ölkələrdə keçirilən kuruslarda, təlimlərdə, metodiki- təlim toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib.

Namiq Mürsəlov  2002- 2018 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Binəqədi və Xəzər rayonlarında  yerləşən hərbi  hissələrdə və  Ali hərbi məktəbdə taqım komandiri, böluk komandiri və baş müəllim vəzifəsində   Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşlsının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş  keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə döş,  yubley,idman dərəcəsi nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə görə , təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində   xüsusi fəriqləndiyinə ,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının prezidenti adından » Qüsursuz xidmətlərə görə 1ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə  90 və 95 iliyi yubley medaları təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NAMİQ BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: