Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu Belovejskaya Puşada baş tutmayacaq.
Bu barədə RT, Ukrayna nümayəndə heyətinin üzvünə istinadən məlumat yayıb.
“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya RİA Novosti-yə dəqiqləşdirib daha sonra ətraflı məlumat verəcəyini vəd edib.
Daha əvvəl Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski vurğulamışdı ki, nümayəndə heyətinin görüşü üçün yer kimi qarşılıqlı qərar əsasında Belovejskaya Puşa seçilib. Rusiya tərəfinin nümayəndələri ora martın 2-də axşam gəliblər.
Ukrayna nümayəndə heyətinin ertəsi gün səhərə yaxın gəlməsi gözlənilirdi. Digər mövzular arasında tərəflər atəşkəs və təhlükəsizlik təminatlarını müzakirə edilməlidir.
Rusiya tərəf bildirib ki, Ukrayna nümayəndələrinin danışıqlar prosesində belə davranışı təkəbbür, həyasızlıq kimi qiymətləndirilir və normal prosesin heç bir çərçivəsinə sığmır.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu fevralın 28-də Belarusda baş tutub. Tərəflər arasında dialoq 5 saata yaxın davam edib.
