Rusiya Müdafiə Nazirliyi Ukraynada gedən hərbi əməliyatlarda həlak olan hərbçilərinin sayını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ukraynadakı hərbi əməliyyatlarda indiyə kimi Rusiya tərəfindən 498 nəfər həlak olub, 1597 nəfər isə yaralanıb.
Rusiya MN Ukrayna tərəfinin isə əməliyyatlarda 2870-dən çox itki verdiyini açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecə yenidən xalqa müraciət edib.
Dövlət başçısı Rusiya ordusunun müharibədə verdiyi itkiləri açıqlayıb.
Zelinski bildirib ki, bir həftə ərzində təxminən 9 min rusiyalı öldürülüb: «Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular».
Rusiya tərəfi isə itkiləri azaltmaqla elan edir. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya qoşunlarının xüsusi əməliyyatı başlayandan Ukraynanın hərbçiləri və millətçilərinin itkiləri 2870 nəfər, RF Silahlı Qüvvələri isə 498 nəfər təşkil edib.
“Ukraynanın güc strukturlarının millətçiləri və hərbçiləri arasında itkilər var: 2870-dən çox ölü və 3700-ə yaxın yaralı var. Yalnız təsdiqlənmiş məlumatlara görə, Ukrayna hüquq-mühafizə orqanlarının əsir götürülən hərbçilərinin sayı 572 nəfərdir”, — deyə general jurnalistlərə bildirib.
Təəssüf ki, xüsusi hərbi əməliyyatda iştirak edən yoldaşlarımız arasında itkilər var. 498 rus hərbçisi xidməti borcunu yerinə yetirərkən həlak olub. Həlak olanların ailələrinə hər cür köməklik göstərilir. 1597 əsgərimiz yaralanıb.
