AVMVİB Gəncə şəhər Kəpəz şöbəsi tədbirlərdə iştirak edib

Gəncə şəhərində AVMVİB Kəpəz şöbəsinin üzvü olan müharibə veteranları bir sıra tədbirlərdə iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhəri Kəpəz şöbəsinin sədri Arzu Kərimov məlumat verib.

Gəncə şəhər idman təmayüllü liseyin akt zalında Gəncə şəhər 1941-1945-ci il 2-ci Dünya müharibəsinin iştirakçısı veteran Hüseynov Tofiq Paşa oğlunun 100-illiyi münasibətiylə təşkil olunmuş tədbirdə AVMVİB Gəncə şəhər Kəpəz şöbəsinin üzvləri iştirak ediblər. Müharibə veteranları Tofiq Paşa oğlu Hüseynovu «AVMVİB-nin 25 il» Xatirə medalı ilə təltif edərək, 100 yaşlı veterana öz ürək sözlərini və can sağlığı arzuladılar.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhəri Kəpəz şöbəsinin sədri Arzu Kərimov bildirib ki, dünən Gəncə şəhərində keçmiş Futbol məşqçi Konstantin Abromovic adına kiçik uşaq futbol meydançası açılışında iştirak ediblər.

Açılışda Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov iştirak etdi.


Açılış tədbirində AVMVİB Gəncə şəhər Kəpəz şöbəsi üzvləri də yaxından iştirak edərək, öz ürək sözlərini və xeyir-dualarını verdilər.

Bu xəbəri paylaşın: