İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür.Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur.Belə bir insanlardan biri də, yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 22 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş müharibə veteranı, ehtiyatda olan polkovnik — leytenant İmanov İnqilab Adil oğludur. Mart ayının 5- də onun 59 yaşı tamam olur.
Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant İmanov İnqilab Adil oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayr.
Arzu edirik ki, müharibə veteranı ehtiyatda olan polkovnik — leytenant İnqilab İmanovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
İmanov İnqilab Adil oğlu 03 mart 1963-cü ildə Nefitçala rayonun Astanalı kəndində anadan olub.
1980 -ci ildə Nefitçala rayonunda A.Cəfərov adına Astanalı kənd tam orta məktəbi, 1988- ci ildə Azərbaycan Politexnik İnstitunu bitirib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
İnqilab Adil oğlu İmanov 1981 -1983- cü ilərdə Sovet ordusunda müdddətli həqiqi hərbi xidmətdə olub. 1988-1990-cı illərdə Gəncə şəhər Avtomobil Zavodunda mühəndis, 1991- 1992-ci illərdə isə Xırdalan şəhərində Səyyar Tikinti İdarəsində iş icrası vəzifəsində işləyib.
1993 -cü ilin yanvar ayından 2013- cü ilin dekabr ayının sona kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Füzuli, Binəqədi, Nərimanov rayonlarında və Lənkəran şəhərində yerləşən hərbi hissələrdə taqım komandiri, Mənzil — İstismar xidmətinin rəisi , Hərbi hissə komandirinin maddi — texniki təminat xidmətləri üzrə müavini , Daxili Qoşunların Bas İdarəsinin Təmiri-Tikinti şöbəsində baş zabit, DQBİ- nin Maddi texniki təminat idarəsinin Mənzil istismar xidmətində baş zabit və həmin Xidmətin rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

İmanov İnqilab Adil oğlu Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda ( Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə, «Qüsursuz Xidmətlərə Görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi , 90-illiyi və 95-iliyi yubley medalarl ılə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İNQİLAB BƏY!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev







