Ukraynada ölən azərbaycanlının yaxınları axtarılır.
Bu barədə Lent.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib.
O bildirib ki, həmin azərbaycanlı sabah dəfn olunacaq: «Nikolayevdəki nümayəndəmizi morqa dəvət ediblər. Oraya bir azərbaycanlının meyiti gətirilib. Görünür ki, Nikolayevdə yaşayan azərbaycanlı deyil. Yol gedərkən raketin düşməsi nəticəsində həlak olub. Nəticədə onun meyiti tamamilə yanıb və tanınmaz haldadır. Sadəcə sol qolunda «ANA 81” döyməsi var.
C.Məmmədov qeyd edib ki, həmin adamın yaxınları axtarılır: «Kimin yaxını itkin düşübsə, maraqlansın. Biz onu çox morqda saxlaya bilmirik. Nikolayev nümayəndələri sabah onu müsəlmanlar qəbiristanlığında dəfn edəcək”.
Ukraynada bizim də səfirliyimiz var. Özgə ölkələr Lvova, bizim səfir isə Bakıya qaçıb. Özü də sağdır.Özü də danışıb.
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova sosial şəbəkələrdə və mediada barəsində yayılan məlumatlarla bağlı bəyanat yayıb.
Açıqlamada bildirir ki, hazırda Bakıdadır. O, səfirliyin qadın əməkdaşlarından və ailə üzvlərindən ibarət ümumilikdə 40 nəfər heyətlə bu gecə Bakıya gəlib. Səfir qeyd edib ki, həmin şəxsləri təxliyə etmək çox çətinliklə baş tutub.
Elmira Axundova eyni zamanda səhhəti ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:
«Müəyyən müxalif dairələrin yenidən mənə qarşı ləyaqətsiz kampaniyaya başlaması son dərəcə xoşagəlməz haldır. Bu dəfə məni Ukrayna hadisələri ilə bağlı fəaliyyətsizlikdə və susmaqda ittiham edirlər. Ona görə mən bunu bəyan etmək istəyirəm: iki ay əvvəl keçirdiyim onurğa əməliyyatı ilə bağlı müəyyən problemlərə baxmayaraq, mən eyni fədakarlıq və məsuliyyətlə Kiyevdə fəaliyyətimi davam etdirdim.
Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik. Mən də, həmçinin ölkəni tərk etdim. Bizim qrupumuzda təxminən 40 nəfər (əsasən qadınlar, yaşlılar və 17 yaşa qədər uşaqlar) var idi. Biz, hər blokpostda dayanaraq Moldova sərhədinə qədər uzun və ağır yol qət etdik».
Bəyanatı bir qədər sonra geniş yayımlayacağıq.
P.S. Orada qalan soydaşlarımızın taleyini kimdən soruşmalıyıq?!
