Xersonda qondarma «Xerson Xalq Respublikası”nın (XXR) yaradılması üzündən mitinq baş tutmayıb.
«Suspilne Xerson” əllərində Ukrayna bayraqları olan insanların silahlı «rus işğalçılarından» qorxmayaraq şəhərin baş meydanına gəldiklərini yazıb.
Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası naziri İrina Vereşçukun sözlərinə görə, Xerson ən qısa zamanda təxliyyə edilməli olanlar siyahısındadır:
«Təəssüf ki, bu gün Rusiya Xersonda evakuasiyaya başlamağa icazə vermir. Onlar düşünürlər ki, şəhər onların nəzarətindədir, amma yox. Biz Qırmızı Xaça ümid edirik».
Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiyasının işğalçı qoşunları «XXR” elan etməyi planlaşdırır.
Lakin Xerson sakinləri işğalçılar tərəfindən Ukraynanın humanitar yardımının qarşısını almasına baxmayaraq, rusların şəhər mərkəzinə gətirdiyi «yardımdan” belə, kütləvi şəkildə imtina ediblər.
