Putinlə Ərdoğanın telefon danışığı ilə bağlı Moskvadan — AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı etməyi planlaşdırır.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov «RİA Novosti”yə bildirib.
«Danışıq planları var», — deyə o, qısa açıqlamasında deyib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidentinin nümayəndəsi bildirmişdi ki, Ərdoğan bazar günü Putinlə gözlənilən danışıqlar zamanı Ankaranın Ukrayna ilə bağlı təkliflərini ona açıqlayacaq.

Zelenski razılıq verdi: Putinlə Türkiyədə görüşəcəklər
Ukrayna Prezident Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə danışıqlara razılaşıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
Məlumata görə, Ukraynanın dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanla söhbətində Putinlə Türkiyədə danışıqlara razılıq verib. Zelenskinin Rusiya lideri ilə görüşü Ankara və ya İstanbulda baş tuta bilər.
Qeyd edək ki, Türkiyə hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra sülhün bərqərar olmasına kömək etməyə çalışır. Sabah — martın 6-da Ərdoğan Putinlə danışacaq. Danışıqlarda Putinin Zelenski ilə danışıqları müzakirə ediləcək.
