Pentaqon Rusiya qoşunlarının ötən günlə müqayisədə əhəmiyyətli irəliləyişini hiss etməyib

Rusiya müharibədən əvvəl sərhədə cəmləşdirdiyi ordusunun 95 faizini Ukrayna torpaqlarına daxil edib.

Bu barədə Pentaqondan bildirilib.

Pentaqonun məlumatına görə, Rusiyanın işğaldan əvvəl Ukrayna sərhədləri yaxınlığında topladığı qüvvə və vasitələrinin 95%-i döyüşlərə cəlb olunub.

İki gün əvvəl bu göstərici təxminən 92% idi

Eyni zamanda, Pentaqon Rusiya qoşunlarının ötən günlə müqayisədə əhəmiyyətli irəliləyişini hiss etməyib.

Ukrayna ordusu isə Xarkov əyalətinin Çuquyev şəhərini Rusiya hərbçilərindən azad edib.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

«Müdafiə qüvvələrinin qruplaşması cənub, şərq və şimal istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Döyüş əməliyyatları zamanı Çuquyev şəhəri azad edilib.

İşğalçılar şəxsi heyət və texnikada xeyli itki verib. Rusiya Silahlı Qüvvələrinin dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri, polkovnik-leytenant Dmitri Safronov və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hava-Desant Qüvvələrinin 11-ci əlahiddə hücum briqadası komandirinin müavini, polkovnik-leytenant Denis Qleblov məhv edilib”, — Ukrayna Silahlı Qüvvələrinin məlumatında deyilir.

Bu xəbəri paylaşın: