Qubadlı veteranları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətiylə şəhid analarını təbrik ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov məlumat verib.

Təyyar Eminov bildirdi ki, şəhid anaları — Selcan Fazil qızı Səmədzadə, Nənəxanım Nemət qızı Ağayeva, Mədinə Əsədulla qızı Ağayeva və Adilə Cəmil qızı Alıyevaya baş çəkən müharibə veteranları şəhidlərimizin bizə manət qoyduğu anaların heç zaman unudulmayacağını qeyd ediblər.
Nurlan Məmmədli
