Ukraynanın II prezidenti Kuçma xalqa müraciət edib

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Ukraynada gedən müharibə ilə bağlı ukraynalılara müraciət edib.

«Uzun ömrümdə bu günlər qədər qürur, ağrı və qəzəb yaşamamışam… Mən Ukraynada evimdə qalıram, çünki hamımız öz doğma torpağımızdayıq, başqası yoxdur. Və hamımız birlikdə qələbə çalana qədər onu müdafiə edəcəyik.

Partiya mənsubiyyətinə bölünmədən, şəxsi maraqlar və köhnə çəkişmələr olmadan. Bayraq, Ordu, Prezident ətrafında birləşin. Ukrayna Rusiya deyil. Və heç vaxt Rusiya olmayacaq. Onlar bunu görməyəcəklər”, — UNIAN Ukraynanın eks-prezidentinin müraciətindən sitat gətirib.

Leonid Kuçma qeyd edib ki, Ukrayna artıq qalib gəlir və onu dayandırmaq olmaz. O, müraciətdə Ukrayna ordusunun “fövqəlbəşəri cəsarəti”, könüllülərin fədakarlığı və bütün vətəndaşların birliyi ilə fəxr etdiyini bildirib.

Bu xəbəri paylaşın: