Rusiya — Ukrayna müharibəsi: İTKİLƏR

UKRAYNA. Ukrayna Müdafiə Nazirliyinin facebook səhifəsində Rusiyanın hərbi itkilərini açıqlayıb.

Məlumata görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 362 ədəd tankı, 1205 ədəd zirehli döyüş maşını,135 ədəd artilleriya sistemi, 62 ədəd reaktiv yaylım atəş sistemi, 33 ədəd havadan müdafiə sistemi, 58 ədəd hərbi təyyarəsi, 83 ədəd helikopteri, 585 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 7 ədəd dronu məhv edilib.Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 12 mindən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

RUSİYA. Şənbə günü jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.

“Martın 12-də səhər saatlarında yüksək dəqiqlikli uzaqmənzilli silahlarla Ukraynanın hərbi infrastrukturuna hücum edilib. Vasilkovodakı hərbi aerodrom və Ukrayna Silahlı Qüvvələrinin Brovarıdakı əsas radio və elektron kəşfiyyat mərkəzi sıradan çıxarılıb”, — deyə Konaşenkov bildirib.

“Ümumilikdə, əməliyyat zamanı Ukraynanın 3491 hərbi infrastruktur obyekti sıradan çıxarılıb. 123 pilotsuz uçuş aparatı, 1127 tank və digər zirehli döyüş texnikası, 115 reaktiv yaylım atəşi sistemi, 423 səhra artilleriya qurğusu və minaatan, 934 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”, — Konaşenkov bildirib.

Onun sözlərinə görə, “operativ-taktiki və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin 145 obyektini, o cümlədən üç Buk M-1 zenit-raket kompleksini, səkkiz komanda və idarəetmə mərkəzini və rabitə mərkəzini, beş silah-sursat anbarını və yanacaq-sürtkü materiallarını vurub. Hərbi texnikanın toplandığı 78 yerə zərbə endirilib”.

Konaşenkov qeyd edib ki, gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiəsi havada 5 pilotsuz uçuş aparatını, o cümlədən iki Bayraktar TB-2 və bir taktiki “Toçka-U” raketini vurub. Amma bu deyilənlərə dair heç bir fakt təqdim edilməyib.

P.S. Ümumiyyətlə, müharibənin gedişində itkilər haqqında bu cür hesabatlar informasiya müharibəsi kartı və psixoloji təzyiq üsulu kimi istifadə olunduğundan rəqəmlər reallıqdan çox uzaq ola bilər.

Bu xəbəri paylaşın: