Türkmənistanda prezident seçkiləri başa çatıb

Türkmənistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Türkmənistanda yerli vaxtla 19:00-da ölkədəki seçki məntəqələri bağlanıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Türkmənistanda prezident seçkilərində seçki məntəqələrinin bağlanmasına iki saat qalmış seçicilərin 93,19 faizi səs verib.

Qeyd edək ki, Türkmənistan prezidenti 7 il müddətinə seçilir. Ölkənin yeni prezidentinin andiçmə mərasimi martın 19-da olacaq.

Bu xəbəri paylaşın: