Ukraynanın Lvov şəhərinin Liçakovski rayon məhkəməsi Ali Radanın deputatı İlya Kiva ilə bağlı qiyabi həbs qərarı çıxarıb.
“Həyat naminə — müxalif platforma” partiyasının həmsədri olan İlya Kiva dövlətə xəyanət, ərazi bütövlüyünə qəsd, silahlarla qeyri-qanuni rəftar, müharibə təbliğatında ittiham olunur.
Qeyd edək ki, İ.Kiva Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, onu “dost xalqımızın lideri” adlandırmışdı.
Hazırda deputatın ölkə xaricində olduğu bildirilir.
Digər bir xəbərdə isə Ukraynada yaşayan azərbaycanlı iş adamı Vaqif Əliyev saxlanıldığı deyilir.
Bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski məlumat verib.
Onun Zakarpatiyada Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən hansı səbəbdən saxlanıldığı barədə məlumat verilməyib.
