İnsan üçün ən yaddaqalan günlərin başlacası onun həyata gəldiyi gündür.Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biridə peşəkarlığı və humanistliyi ilə secilən ömrunun ən məhsuldar dövrünün 17- ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirmiş ehtiyatda olan Babayev Bahadur Abduləhməd oğlunun mart ayının 14 -də 54 yaşı tamam olur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan mayor Babayev Bahadur Abduləhməd oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən
nailiyyətlər arzulayir.
Arzu edirik ki, Bahadurun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin..!
Ehtiyatda olan mayor Babayev Bahadur Abduləhməd oğlu 14.03 1968- ci ildə Azərbaycan Respublikasının Nefitcala rayonunda anadan olub.
1985- ci ildə Nefitcala rayon tam orta məktəbi, 1994- ci ildə isə Azərbaycan Texniki Universitetini bitirib. Din- Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarında, müvafiq kurslarda, seminar və konfranslarda iştirak edib.
1986- 1989-cu illərdə Sovet Ordusunun Avaiasa Ali Hərbi Məktəbində kursant, Tula vilayətində yerləşən Avasiya hərbi hissəində isə müdddətli həqqi hərbi xidmətdə olub.
1994- 2001-ci illərdə Bakı şəhərində müxtəlif şirkətlərdə menecer vəzifələrində işləyib. 2002- 2004-cü illərdə Azərbaycan Ordusun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən hərbi hissədə batereya komandiri, 2004- 2017- ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xətai rayonunuda yerləşən hərbi hissədə Taqım komandiri, Böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, Böluk komandiri , Daxili Qoşunların Bas İdarəsinin Növbətici xidmətində isə baş zabit vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi
üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşlsının alınmasında, Fövqaladə vəziyət zamanı hüquqi rejim qaydalarına əməl olunmasında və Azərbaycanın ərazi bütövlüyün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley
nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi döyüş əməliyyatlarında, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və igidlik göstərməyə görə Azərbaycan Respublikasının Prezidenti rezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri «Qüsursuz xidmətlərə görə 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 90 və 95-iliyi yubley
medaları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, BAHADUR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev



