Hindu tanrısı Xaldinin İraq, Suriya və Türkiyədə Xaldi ordenini quran, həmin təriqətin şeyxi, yəhudi Salomon Bərzani.
.
Mosulda yaşayan ravvin Ben Netanel Bərzani Halevi haqqında məlumat məhduddur. Netanel Bərzani Mosulda məskunlaşaraq böyük bir kitabxanada Talmud əsərlərini və bu bölgədəki ibrani dilinə aid əsərlərini toplayırdı. Bu əsərlər və əlyazmaları oğlu Samuel Bərzaniyə vəsiyyət etmişdi. O da ravvin idi.
1560-1630-cu illər arasında yaşamış oğul Kürdüstan Kabbalist Rabbi Samuel Barzani Ben Nathanel dövrünün məşhur Kabalistlərindən idi. Bu ailə Bərzani adını yaşadığı bölgənin adından götürüb. (Öncələr bu barədə araşdırma yazısı vermişdik. Bu bölgə Alp Ər Tunqanın oğlu Barskan, Bars xanın adıyla adlanırdı və ona məxsus ərazilər sayılırdı — X.Ə.). Bərzani ailəsi Bərəzan bölgəsində və Mosulda yeşiva məktəbini qurub. Barazani ailəsinin digər Kabbalist ravvinləri Mosulda və digər kürd şəhərlərində yaşayırdılar. O, Kürdüstan bölgəsinin ən görkəmli və ravvin ailələrindən biri idi.
Samuel Bərzani Kabbalist idi və Kabbala haqqında çoxlu kitablar yazmışdır. Bu kitabların məşhurları Avnei Zikkaron, Sefer Ha-Iyyun, Sefer Derashot və Sefer Haruzot idi. (Bax: Encyclopedia Judaica, Barzani Families, Vol.3. Keter: Jerusalem 1972, s.138 Bibliography.)
Foto: Yerusəlimdəki türbə.
Alıntı: Muzaffer Çiçek

