Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 31 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirən Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan polkovnik — leytenant Aslanov Telman Aslan oğlunun mart ayının 15 — də 75 yaşı tamam olur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan polkovnik leytenant Aslanov Telman Aslan oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Telman Aslanovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Aslanov Telman Aslan oğlu 15 mart 1947 -ci ildə Azərbaycan Respublikasının Xaçmaz rayonun Ləcət kəndində anadan olub.
1964 -cü ildə Xacmaz rayon Ləcət kənd orta məktəbini 1970 — ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Vladiqafqaz şəhərində yerləşən Hərbi komandirlər məktəbini bitrib. O,1967 — 1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Tiflis və Bakı şəhərlərində yerləşən Diviziyalarında və hərbi hissələrində keçirilən müvafiq kurslarda, bir çox metodiki — təlim toplanışlarında ,təlimlərdə ,seminar və konfranslarda fəal iştirak edib.
Polkovnik leytenant Telman Aslan oğlu Aslanov 2009 -cu ildən Daxili Qoşunların Veteranlar Şurasının sədr müavinidir, 2020 -ci ildən etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin üzvüdür.

1996- 1967-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 69-cu Diviziyasının Bakı şəhərində yerləşən Konvoy Mühafizə alayında müdddətli həqiqi hərbi xidmətdə olub.
1967- 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 69 -cu və 5-cı Diviziyalarının Bakı və Naxçıvan şəhərində yerləşən konvoy — mühafizə və xüsusi motorlaşdırılmış hərbi hissələrində taqım komandiri, böluk komandirinin müavini, böluk komandiri, taborun qərargah rəisi ,qərargah rəisinin müavini, 1992- 1998- ci illərdə işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Qərargahında Əməliyyat şöbəsinin baş zabiti və Əməliyyat şöbəsinin rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində,cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,

Fövqalədə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə ,döyüş xidmətində, döyüş növbəsində , döyüş əməliyyatlarında xüsusi fəriqləndiyinə, eləcədə Silahlı Qüvvələr və Müharibə Veteranı kimi İctimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə SSRİ Ali Soveti, Azərbaycan Respublikası Prezidenti adından «Silahlı Qüvvələr Veterani», «Qüsursuz Xidmətlərə görə isə 1-ci ,2-ci və 3-cü dərəcəli, » Silahlı Qüvvələrin yaranmasının» 70- illiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəyasət heyətinin müvafiq qərarları ilə isə Avmib — nin təsis etdiyi (Müharibə Veteranı, Avmvib — nin yaranmasının 25 — iliyi, Silahlı Qüvvələrin yaranmasının 100 — iliyi və Böyük Zəfər) medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TELMAN BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev






