Donetskdə Rusiya ordusunun texnikası və canlı qüvvəsi məhv edilib

“Donetsk istiqamətində Ukrayna hərbçiləri düşmənin hücumunu dəf edib və Rusiyanın 100-ə qədər hərbçisini və işğalçıların texnikasını məhv edib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.

Qeyd olunur ki, bazar ertəsi, martın 14-də “Vostok” operativ-taktiki qrupunun cavabdeh olduğu ərazidə Rusiya hərbçiləri Ukrayna silahlı qüvvələrinin müdafiəsini yarmağa cəhd ediblər.

“Hücum hərəkətlərinin dəf edilməsi zamanı düşmənin 100 nəfərədək şəxsi heyəti, 2 tankı, 3 piyada döyüş maşını və 1 zirehli transportyoru məhv edilib. Müdafiəni yarmaq üçün uğursuz cəhddən sonra rus qoşunları geri çəkilib”, — deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: