İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə bir insanlardan biridə yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi (təcrübəsi), dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi ilə secilən ömrünün ən məhsuldar dövrünün 21 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə və Daxili işlər Nazirliyinin müvafiq şöbə və Baş idarələrində keçirmiş Müharibə Veteranı, ehtiyatda olan polkovnik Tükanov Mehrab Novşad oğludur. Mart ayının 15 -də onun 55 yaşı tamam olur.
Azərbaycan Vətən müharibəsi Vetiranlari İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı ehtiyatda olan polkovnik Tükanov Mehrab Novşad oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin neymət olan möhkəm cansağlığı , ailə səadəti və həyat yollarında bitib – tükənməyən naliyyətlər arzulayır. Müharibə Veteranı, ehtiyatda polkovnik Tükanov Mehrab Novşad oğlu 15 mart 1967 -ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Ağaməmmədli kəndində anadan olub.
Arzu edirik ki, Mehrab Tükanovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
1984 – cü ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Ağaməmmədli kənd orta məktəbini, 1991 -ci ildə Bakı Dövlət Universitetini, 1997 -ci Bakı Ali Diplomatiya kollecinin hüquq fakültəsini bitirib. O, Daxili Işlər Nazirliyinin müvafiq İdarə və Baş idarələrində xidmət etdiyi illər ərzində Türkiyədə NATO – nin Sülh tərəfdaşlıq proqramı çərçivəsi naminə, ABŞ- da “Terrorçüluqla mübarizə “ proqramı çərçivəsində xüsusi kuslarda olub, Respublika nümayəndə heyətinin tərkibində isə bir çox xarici ölkələrdə işgüzar səfərdə olub .

1985 -1987 -ci illərdə Sovet ordusunda müdddətli həqqi hərbi xidmətdə olub.1987- 1991 -ci illərdə Rabitə Nazirliyində texnik, proqrama – mühəndis və böyük mühəndis vəzifələrində işləyib. 1992-ci mart ayında könüllü olaraq Azərbaycan Ordusunun sıralarına daxil olmaq üçün Respublika Hərbi Komissarlığına müraciət etmiş dir.Mütəxəsis olduğu nəzərə alınmaqla polkovnik Mehrab Tükanov Respublika Hərbi Komissarlığında 1992 -ci ilin iyun ayna kimi rabitə rəisi vəzifəsində çalışıb.1992-ci ilin iyun ayından- 2010-cu ilin dekabr ayına kimi Daxili Qoşunların Baş İdarəsinin Ağdam və Ağdərə rayonlarında yerləşən hərbi hissədə hərbi hissənin qəargah rəisinin xidmət üzrə baş köməkçisi, Daxili Qoşunların Bas İdarəsinin AİS və Beynəlxalq hərbi əməkdaşlıq şöbələrinin ilk rəisi, DİN- nin Beynəlxalq əməkdaşlıq İdarəsində protokol şöbəsinin və həmin idarənin ( BƏİ- nin) rəisi, DİN-in Baş Narkotiklər idarəsində isə şöbə rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

Polkovnik Mehrab Novşad oğlu Tükanov Daxili işlər nazirliyinin Daxili Qoşunlarında və Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində öz ixtisası üzrə bir çox peşəkar zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, Kiçik rəis heyətinin yetişməsində xüsusi əməyi olmuşdur. O, təqaüdə çıxdıqdan sonrada şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında öz bilik və baçarığnı onlardan əsirgəmir. Baş idarə, hərbi hissələr və döyüşən bölmələr arasında, Müstəqil, kəsilməz kompüter şəbəkəsinin yaradılmasında, DQBİ- də hərbi hissələrində AİS Xıdmətınin təşkilində aid Normativ – hüquqi sənədlərin hazırlanmasında DQBİ ilə, hərbı hissələr arasında ən sürətli məlumat mübadiləsinin yaradılmasında və həyata keçirilməsində, DQBİ-də və hərbi hissələrində AİS Xıdmətınin təşkili , Daxili Qoşunların Bas İdarəsinin şöbə və xidmətlərinin, elecədə Daxili Qoşunların hərbi hissələrinin müvafiq avadanlıqlarla təchiz olunmasında, AİS xidmət üzrə mütəxəssis hərbi qulluqçuların seçilməsində kompləklşdirməsində, onlarla ixtisas hazırlığı üzrə məşğələlərin, seminar və konfransların keçirilməsində polkovnik Mehrab Tükanovun böyük rolu və xidmətləri olub.
Tukanov Mehrab Novşad oğlu Müharibə Veteranı kimi Daxili İşlər Orqanların və Daxili Qosunların ictimai həyatında yaxından iştirak edir, zəngin həyat təcürbəsini gənclərə bölüşür, onun belə əzimkar fəaliyyətinin vətənpərvərliyin, dövlətəcliyə fəalıyyətının baris nümnəsidir.
Polkovnik Tükanov Mehrab Novşad oğlu çox dəyərli bir insandır.Bu günki gündə Mehrab Tükanov cəmiyyətin ən qabaqcıl saylıb- secilən insanlardan biridir.O, Daxili İşlər Nazirliyinin İdarə və Baş İdarəlirində yüksək vəzifələrə öz gücü, bacarığı, təcrübəsi, calışqanlığı və təşkilatçlığı , səviyyəsində ucalmışdır.
Polkovnik Mehrab Tükanovu tanyanlar onun nə dərəcədə tələbkar, işgüzar olduğunu çox yaxşı bilirlər.
Mehrabın qiymətli cəhətlərindən biri də onun sadə təvazökar qeyrətli, vətənpərvər olmasıdır. Böyüklə- böyük, kiçiklə- kiçik olan, sözu ilə əməli düz gələn bir gözəl insan doğma Azərbaycanımızın bu günü ilə daimi düşünür.O, ölkəmizi daimi qüdrətli, güclü və firavan görmək istəyir. Burdaca onun divizi olan kəlamını qeyd etmək məsləhətdir: “Mənimlə düz danış, düz otur, düz dolan və düz davran“.
Polkovnik Mehrab Tükanov hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizələrdə daim qələbə qazanmışdır. Bu insan üçün ən meyar başlıca amal qürurunu saxlamaqdan ibarət olub. O, harda işləməsinə baxmayaraq öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, qanun təlblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur. Buna görə də heç kəsin qarşısında gözü-kölgəli və borclu qalmamışdır.Bütün bunlara görədir ki, polkovnik Tükanov Mehrab Novşad oğlu, həmişə ləyaqətinin, şərəfinin, şəxsiyyətinin işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş, vüqarını daima yüksək saxlayaraq, alını acıq və başı uca gəzmişdir.
Xalqa, elə- obaya,dövlətə xidməti özündə etdiklərini sinəsi ilə el – oba qayğılı, Vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost
-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbbi fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi və polis andının , hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Hərbı və polis xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi və polis ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onların müavinlərinin, idarə rəislərinin müvafiq əmrləri ilə medalarla, əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. MEHRAB!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev












