Türkmənistanda keçirilən prezident seçkilərində hazırkı prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu, hakim Türkmənistan Demokrat Partiyasının namizədi Serdar Berdiməhəmmədov 72,97 faiz səs toplayaraq qalib gəlib.
Bu barədə çərşənbə axşamı ölkənin Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyası məlumat yayıb.
“Türkmənistan Seçki Məcəlləsinin 76-cı maddəsinə əsasən və Mərkəzi Seçki Komissiyasının 14 mart 2022-ci il tarixli qərarı əsasında 72,97 faiz səs toplayan Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Serdar Qurbanquliyeviç Berdiməhəmmədov səsvermədə iştirak edən şəxs kimi tanınıb və Türkmənistanın prezidenti seçilib”, – seçki komissiyasının saytında yerləşdirilən məlumatda belə deyilir.
Komissiya xatırladır ki, Türkmənistanda prezident seçkiləri martın 12-də keçirilib. Seçki komissiyasının məlumatına görə, səsvermədə 3 milyon 362 min 52 nəfər, yəni qeydə alınmış seçicilərin 97,17 faizi iştirak edib.
