ŞƏRİN BAŞI ƏZİLMƏLİDİR…

ELBARİZ Məmmədli

Can Ukraynada şərəfli bir millətin soyqırımı yaşanır. Faciə bizlərə tanış olduğundan deyəsən, çoxlarımız eynən qərblilər kimi soyuqqanlı olmağa başlamışıq. Bir az rus sevgisi və xofu, bir az da çörək asılılığı bəzilərini əməlli-başlı rus əlamanına çevirib. Acınacaqlısı bilirsiniz nədir? Kreml xuntasının tərəfdarları arasında xeyli din-imandan dəm vuranlar da var. Bəs, dinimiz həmişə haqqın yanında dayanmağı tövsiyyə edirsə, qətliama məruz qalan ukraynalıların yanında dayanmalı deyilikmi?

Artıq neçə gündür ki, Mariopolda və Xersonda xalq işğalçı neofaşist ordusu tərəfindən mühasirəyə alınaraq, həyatdan təcrid edilib. Onlarla günahsız insan qətlə yetirilib.Amma bədəli nə olursa olsun, ukraynalılar düşmənə boyun əymədən hər şeyə dözürlər. Düşmən yardımından imtina edib, acından ölməyə üstünlük verirlər. Kremlim yüz minləri əhatə edən əıi qanlı işğal ordusuna qarşı milyonlarla vətəndaş silaha sarılaraq Vətənin müdafiəsinə qalxıb. Dünən sosial şəbəkələrdə ürək dağlayan bir kadra rast gəldim. Təxminən 3-4 yağlı oğlan uşağını ağlaya-ağlaya köksünə sıxıb köşkün axınına qoşulan gənc anaya körpəsi ürək- dirək verirdi:

— «Ağlama ana, hər şey yaxşı olacaq.» Belə kadrlara qəhərini boğub baxmaq olmur. Davanın mətinləşdirdiyi bu millətin körpəsi də kişiləşib. Bizim də yaxşı tanıdığımız düşmən belə şeyləri anlamaz. Çünki onlar heç bir qapını xoş niyyətlə döyməyiblər. Tərbiyələrində və davranışlarında ədalətə güvənmək hissi olmayıb.

Ən başlıcası, ayaqları yer tutalı, bütün məzlum millətlərin haqqına hakim kəsilib, həyatlarını cəhənnəmə döndəriblər. Özlərinə aid olmayan tarixi torpaqlarda şər İmperiyası yaradıb, dünyanı qana bələyiblər. Onlar Batı insanlarıdırlar və bu qütbdə yaşayan əksər millətlər onlarla eyni xarakterə sahibdirlər. Eyni qaniçənlik almanda da var, fransızda da, ingilisdə də, ispanda da. Bu yerdə yadıma bir hadisə düşdü. 2013- cü ildə bir çex şirkətinin dəvəti ilə Slovakiyaya getmişdik. Dəmiryolçuların təcrübə mübadiləsi xarakterli olan bu səfərdə dəmir yolu müəssisələrində üstün texnologiyaların tətbiqi ilə tanış olurduq. Bir dağ silsiləsinin altından keçən müasir dəmir yolu tunelinin sonuna çatanda, slovak dostumuz Frantişek Murardan dağın adını soruşdum.

-Bu, Karpat dağ silsiləsidir- dedi və sonra əlavə etdi- tunelin üzərindəki ucalıq Türk zirvəsi adlanır. Sualımızı gözləmədən izahını verdi- Türklər Avropaya yürüş edəndə, bu zirvədən baxıb, aşağıdakı vadidə insanların əkinçilik və heyvandalıqla məşğul olduğunu gördükdən sonra heç bir zərər vermədən geri qayıdıblar. Xalq da bu münasibəti belə dəyərləndirib.

Ümumiyyətlə, slovaklar aqressiv xalq deyillər. Doğrudur, Qərbin oyununa düşüb qondarma » erməni soyqırımı» yalanını tanıyıblar. Amma Rusiyaya qarşı isti münasibətdə olmadıqlarını hər söhbətdə ortaya atırdılar. Onlardan fərqli olaraq, Avropada rusların köpəyi rolunu oynayan serblər türkləri soyqırıma məruz qoydular və bu gün də Kreml xuntasını müdafiə edirlər.

Kreml cəlladları on illərlə qardaş deyib varını-yoxunu taladıqları ukraynalıları indi qətliama məruz qoyurlar. Çünki bu xalqların heç bir kök bağlılığı yoxdur. Bir tankı iki arağa satan İvan ukraynalı ilə eyni qandan ola bilməz. Yüz minləri əhatə edən işğalçı orduya qarşı bu gün milyonlarla ukraynalı savaşa səfərbər olunaraq, Vətənini qoruyur. Bunu qarışıq döllərin artığı olanlar bacarmaz. On yeddi günlük qanlı savaş göstərir ki, rusların burdan yalnız ölüsü çıxacaq. Sevgisi böyük olan millətin nifrəti də böyükdür. Dünyanı nüvə hədələrinə ünvan etmiş bu şər maşını Ukrayna torpağında əbədi dəfn olunacaq və bütün millətlərə gün doğacaq.

Biz hələ də bu şərin mahiyyətinə varmaqda hərəkətli deyilik. Hər şeyə unutqanlıqla yanaşdığımızdan, yüz illərdi dərddən qurtula bilmirik. Sabah ilanın yarası sağalsa, yenə də həmin cinayətlər davam edəcək. Şərin başı əzilməlidir və bütün dünyanın hələlik meydanda tək qoyduğu Ukrayna xalqı arzularımızı reallığa çevirir.

Ədaləti olan insanlar Ukrayna ədalətinin yanında olmalıdır. Qarabağın da, Krımın da, geniş Türk coğrafiyasının da qurtuluşu bu davadan keçir. Slava Ukraine!

Bu xəbəri paylaşın: