Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Ukrayna xalqı ilə həmrəylik ifadə etmək üçün Kiyevə gəlib.
Bu barədə Polşanın baş naziri Mateuş Moravetski «Twitter” səhifəsində yazıb. «Məhz burada, müharibənin tüğyan etdiyi Kiyevdə tarix yazılır. Məhz burada azadlıq tiranlığa qarşı mübarizə aparılır. Məhz burada bizim hər birimizin gələcəyi bir tükdən asılıdır», — Moravietski yazıb.
«Avropa İttifaqı öz dostlarına hər zaman güvənə biləcək Ukraynanı dəstəkləyir. Biz bu gün Kiyevə bu mesajı çatdırmaq üçün gəlmişik”, — o əlavə edib.
Mənbə: Anevs.az

Bu xəbəri paylaşın:
