Torpaq şəhidin və qazinin qanıyla yoğrulub Vətən olur. Bunu Vətəni Vətən kimi duyanlar, sevənlər bilər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və rayon şöbələri öz fəaliyyətini veteranlarımızın cəmiyyətə adaptasiyası istiqamətində qurur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini İslam Səfərov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafilqızı, AVMVİB Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev, Azərbaycan Tibb Universiteti»Ailə təbabəti» kafedrasının müəllimi Dilşad Mahmudova, pedaqogika üzrə fəlsəfə doktoru Sədaqət Rəhimova 44 günlük Vətən müharibəsi qazisi Elvin Tarxan oğlu Cavadovu Ali Baş Komandanın verdiyi 2 otaqlı mənzilində Novruz bayramı münasibətiylə ziyarət ediblər.

Elvin Cavadov 44 günlük Vətən müharibəsində Cəbrayıl rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə 6 oktyabr 2020-ci ildə ağır yaralanaraq ayağını itirib. Döyüşçünün döyüş xidmətləri «Döyüşdə fərqlənməyə görə», «Cəsur döyüşçü», «Cəbrayılın azad edilməsinə görə» medallarıyla təltif olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təmsilçiləri olan ziyarətçilər öz bayram təbriklərini qazi ailəsinə çatdırmışlar.
Vətən sizə minnətdardır!
Elnur Səlim



