Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) qərarıyla Əfruz Məsi qızı Eyvazova Birliyin fəxr üzvlüyünə qəbul edilərək Xatirə medalıyla təltif edilib.
Əfruz Məsi qızı Eyvazova 44 günlük Vətən müharibəsi günlərində və müxtəlif vaxtlarda Azərbaycan ordusu ilə daim təmasda olmuş vətənpərvərlərimizdəndir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) daim belə insanlarımızı təqdir və təltif edir.
Fəxri üzvlüyə qəbulla bağlı keçirilən mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, Birliyimiz Vətənimiz və Ordumuz üçün işlər görən hər bir şəxsi öz yanında görmək istəyir. Əfruz Eyvazova da belə soydaşlarımızdandır. Daim ordu birliklərini, şəhid ailələrini və qazilərimizi ziyarət edir. Onların yanında olmağa çalışır.
Fəxri üzvlük vəsiqəsi və «AVMVİB 25 il» Xatirə medalı Əfruz Eyvazovaya təqdim edildi.
Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, sədrin hüquqi işlər üzrə müavini Salman Musayev, sədrin ictimayətlə əlaqələr üzrə müavini İslam Səfərov, AVMVİB NTK sədri Niyazi Quliyev, sədrin ideoloji işlər üzrə müşaviri, şairə Nəsibə İsrafilqızı, AVMVİB Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev və digər müharibə veteranları iştirak etmişlər.
Təbrik edirik!
Elnur Səlim










