«HRAPARAK» qəzeti yazır: -19 və 20 yaşlarında. HƏR İKİSİ ZƏNGƏZURDA XİDMƏT EDİRDİ. — İki gündə iki qurban, ikisi də erməni dğası, ikisi də Zəngəzur vilayətində xidmət edirdi. Hər ikisi də ailələrinin TƏK övladları idi. Görəsən bu taleyin ironiyasıdır, yoxsa??? Sonra da türkləri — yəni bizi günahlandıraraq aləmə car çəkirlər:
— Ay qoymayın, atdılar! Vurdular!
Erməni İstintaq Komitəsinin araşdırmalarında ilkin məlumata görə, Albert Siroyan AK-74 tüfəngindən çənəsindən açılan atəş nəticəsində ölümcül yaralanıb. Digər zərərçəkmiş Eduard Rüstəmyan isə istintaq komitəsinin məlumatına görə, ona etibar olunmuş odlu silahdan atəş açarkən özü-özünü döş qəfəsindən ölümcül yaralayıb. Onlarda biri 10 ay, o buri isə cəmi 4 aydır ki, «müzəffər » erməni ordusunda qulluq edirdilər.
Qəzet erməni xalqına müraciət edir: «Ey ermənilər, ordumuzdakı bu “mürəkkəb” vəziyyəti gündəmə gətirməzdən əvvəl bu günkü hər iki halın, xüsusən də niyə Zəngəzurda baş verdiyini düşündünüzmü? İntihara aparan nəticələrdən başqa bir şey düşünə bilərsinizmi? Hətta türklərin ərazilərimizdə sərbəst hərəkət etdiyi bir dövrdə güllə atmağı bacarmayan əsgərlərin sonu bax belə olur.»
Bizə isə onu əlavə etmək qalır ki, düşmən ordusunda təcrübəsizlik nəticəsində baş verən hallar bizim cəngavərlərin işini asanlaşdırır və qələbə əzmimizi artırır.
Buna görə də deyirik: TƏKİ BOL OLA!!!
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları və təlim Mərkəzinin direktoru
