Ermənistanın VOMA terror təşkilatı Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyətində olan hissəsində ermənilərə döyüş təlimləri keçir.
«Ermənistanın və ermənilərin müdəfiə qüdrətinin artırılması üçün çalışan ictimai təşkilat» kimi özünü tanıdan «VOMA Center»in rəhbəri terrorçu Monte Melkonyanın «şagirdi» Vaginak Vartanovdur.
V. Vartanovun rəhbərliyi ilə Azərbvaycanın Xocavənd və Ağdərə rayonlarındak keçirilən təlimlərdə 12-13 yaşlı erməni uşaqlar da iştirak ediblər.

44 günlük İkinci Vətən Müharibəsi zamanı VOMA dünyanın müxtəlif ölkələrindəki erməniləri döyüşlərə cəlb etməklə məşğul idi. Həmin günlərdə İrəvanda, Meğridə, Artaşatda, Qafanda, Gümrüdə və s. şəhərlərdə VOMa hazırlıq-təlim mərkəzləri yaratmış, həmin mərkəzlərdə qısamüddətli təlimlərdən sonra muzdlulalır Qarabağa, döyüşlərə yollamışdı.
V.Vartanov «Ermənistan zərurət yaranarsa, İŞİD-lə də əməkdaşlıq etməlidir» bəyanatı ilə tanınır.

Azərbaycan ərazisində terror və diversiya təlimləri keçən VOMA «Azərbaycana qarşı döyüşmək üçün əlahiddə batalyon» formalaşdırır.
«Azq-Banak» («Millət-Ordu») sloqanı ilə fəaliyyət göstərən VOMA «hər erməni silahla davranmağı və döyüşməyi bilməlidir» fikrini təbliğ edir.
Təşkilat Qarabağdakı erməniləri açıq-aşkar şəkildə Azərbaycan hərbçilərinə və dinc sakinlərə qarşı terror əməliyyatlarına hazırlayır.
Təlim düşərgələrindən biri Ermənistanın Cermuk şəhərinin yaxınığında, İstisu tərəfdədir.
Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanlığı isə, həmişə olduğu kimi, ermənilərin silahlı fəaliyyətlərini «görmür».
Orxan Hun
Mənbə: Milli.Az
P.S. İVAN, İDİ DOMOY!



