“Rusiya ilə Ukrayna arasında kritik və vacib məsələlər üzrə yaxınlaşma var”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Hurriyet”ə müsahibəsində bildirib.
“Biz 4 maddə üzrə tərəflərin mövqeyinin üst-üstə düşdüyünü görürük. Bəzi məsələlər barəsində qərarı rəhbərik qəbul etməlidir. Savaş haqqında bir şey söyləmək çətin olsa da, görüşlərdən sonra atəşkəsə ümidimizin artdığını söyləyə bilərəm”, — nazir deyib.
Qeyd edək ki, Mövlud Çavuşoğlu martın 16-da Moskvada, 17-də isə Lvovda səfərdə olub.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) Antalya əyalət təşkilatının genişlənmiş iclasında belə deyib: “Rusiya Prezdenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşə Türkiyə ev sahibliyi edə bilər”.
“Hələ müharibə başlamazdan Rusiya və Ukrayna liderlərinin görüşməsi barədə ilk təklifi biz irəli sürdük. Bu gün prinsipcə iki tərəfin görüşməyə qarşı olmadıqlarını görürük. Bəzi başqa ölkələr də bu istiqamətdə fəaliyyət göstərdi. Bizim üçün ən önəmlisi liderlərin bir araya gəlməsidir. Görüş yeri Türkiyə, başqa yer də ola bilər. Bizim üçün ən önəmlisi iki tərəfin bir araya gəlməsidir. Görüşlərin detallarını vasitəçi olduğumuz üçün deyə bilmərik. Ukrayna tərəfsizlik statusu qarşılığında qarant istəyir. BMT Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı Türkiyə və Almaniyanın da tərəfzilik statusuna təminatçı olmasını istəyir” — deyə XİN başçısı vurğulayıb.
