Rusiyanın Ukraynada itkiləri

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 14 700 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 476 ədəd tankı, 1487 ədəd zirehli döyüş maşını, 230 ədəd artilleriya sistemi, 74 ədəd havadan müdafiə sistemi, 44 ədəd zenit kompleksi, 96 ədəd hərbi təyyarəsi, 118 ədəd helikopteri, 947 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 21 ədəd dronu, 12 ədəd xüsusi texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, — məlumatda vurğulanıb.

Amma itkilər haqqında məlumatlar müxtəlif mənbələrdə müxtəlif rəqəmlərlə ifadə olunması bu sahədə statistikanın aparılmamasını göstərir.

Məsələn, Pentaqon hesab edir ki, Ukraynadakı müharibədə ölən rus əsgərinin sayının çox olması onlarda döyüşləri davam etdirmək iradəsini darmadağın edə bilər.

Bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.

“Amerika kəşfiyyatının hesablamasına əsasən, müharibədə 7000 rus əsgəri ölüb. Bu, İraq və Əfqanıstandakı müharibələr zamanı 20 il ərzində öldürülən Amerika əsgərlərinin ümumi sayından çoxdur. Lakin mənbələr ölənlərlə bağlı məlumatların qeyri-dəqiq ola biləcəyini deyirlər. Ümumilikdə, Rusiyadan müharibədə 150 ​​mindən çox hərbçi iştirak edir”, — nəşr bildirib.

Qeyd olunur ki, rus ordusu çaşqınlıq içərisində olduğundan onlar Ukrayna şəhərlərinə, evlərə, xəstəxanalara və məktəblərə daha çox hücumlar edir.

Bu xəbəri paylaşın: