Rusiya ordusu yüksək dəqiqlikli silahlarla Ukrayna silahlı qüvvələrinə məxsus hərbi obyektlərə zərbələr endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.
“Martın 22-də Ukrayna hərbi obyektlərinə havadan və dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlardan atəş açılıb. Lisiçansk (Luqansk vilayəti) və Kramatorsk (Donetsk vilayəti) yaşayış məntəqələrində Ukrayna qoşunlarının iri yanacaq-sürtkü materialları anbarları dağıdılıb”, — deyə o bildirib.
«İlk dəfə Ukraynada döyüşlərdə istifadə edilən Rusiyanın “Xəncər” (“Kinjal”) hipersəs raketi faktiki olaraq qarşısıalınmazdır».
Bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Onun digər raketlərdə olduğu kimi döyüş başlıqları var. Elə fərq yoxdur, amma onu dayandırmaq demək olar ki, mümkün deyil”, – Bayden bildirib.
