İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Belə insanlardan biri də peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, sadəliyi və səmimiyyəti, təvazökarlığı, qeyrəti və vətənpərvərliyi ilə seçilən Allahın verdiyi şərəfli və mənalı ömrünün ən məhsuldar dövrünün 26-ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və polis akademiyasında keçirmiş Silahlı Qüvvələr və müharibə veteranı, ehtiyatda olan polkovnik — leytenant Yusifov İlqar Səfər oğludur. Mart ayının 23 də onun 52 yaşı tamam olur.
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədrinin müavini polkovnik Salman Musayev Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik — leytenant Yusifov İlqar Səfər oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, polkovnik- leytenant İlqar Yusifovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !
Polkovnik- leytenant Yusifov İlqar Səfər oğlu 1970 -ci ilin mart ayının 23- də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1987 -ci ildə Bakı şəhərində orta məktəbi, 1998 –ci ildə Daxılı İşlər Nazirliyinin Polis Akademiyasını, 1999-cu ildə isə DİN-in Daxili Qoşunların Zabitlərin Təhkimləşdirmə (ixtisas artırma) kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki təlim toplanışlarında, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1988- 1990- cı illərdə Sovet Ordusunun İrkutski şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1991- 1992- ci illərdə İlqar Yusifov könüllü olaraq Azərbaycan Ordusunun Ağdərə və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edən hərbi hisələrində müvafiq vəzifələrdə olub və döyüş əməliyyatlarında iştirak edib.
1992- ci ilin 1994-cü ilin avqust ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş Daxili Qoşunların idarəsinin Ağdam və Füzuli rayonlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə, 1994-cü ilin sentyabr ayından 1998-ci ilin iyun ayına kimi Daxili İşlər Nazirliyinin Polis Akademiyasında kursant, 1998-ci ilin iyul ayından — 2017 ci ilin dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Nərimanov, Sabunçu , Xətai və Quba rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri, tabor və alay komandirinin tərbiyəvi işlər üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin Mənəvi pisxoloji hazırlığı şöbəsində isə baş zabit vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

1991 -1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
İlqar Yusifov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 2 (iki) dəfə yaralanıb.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində,cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbbi fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə , xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə ,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə, Silahlı Qüvvələrin Veteranı, Qüsursuz xidmətlərə görə 1ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 10 — iliyi , 90 — illiyi və 95 -illyi yubiley medalları ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 10 mart 2012 -ci il tarixli Sərəncamı ilə Azərbaycan dövlətçiliyinin, ictimai təhlükəsizliyin təmin edilməsində öz xidməti vəzifələrinin və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində peşəkarlıq göstərdiyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların yaranmasının 20 -ci il dönümü münasbətilə «Hərbi Xidmətlərə Görə » medalı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İLQAR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Dərin hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev




