Mingəçevir şəhər rəhbərliyindən narazılıq günbəgün artmaqdadır. İstər sosial şəbəkələrdə, istərsə də internet resurslarında tez-tez tənqidi və narazı vətəndaşların müraciətlərini oxuyuruq. Mingəçevirdə kirvələr hakimiyyəti haqqında bizə də müharibə veteranlarından müraciətlər var.
Xüsusən, bir neçə ağır ittihamlar olan yayınları diqqətinizə çatdırmaq yerinə düşür.
Dunyanınsesi.az saytının redaksiyası yazır: «Digər bir kirvə isə 47 saylı Mingəçevir Seçki Dairəsinin sədri Oqtay Məmmədovdur.Onun Bələdiyyə və parlament seçkilərində göstərdiyi “mislilsiz xidmət” isə “baş kirvə” İlham İsmayılov tərəfindən layiqli qiymətini alıb. Belə ki, “kirvələr projesi”nin tərkib hissəsi kimi dairə sədri Oqtay Məmmədovun oğlu Fərid Məmmədov icra başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin olunub.

İcra başçısına kirvələri qədər əziz, bəlkə də onlardan daha əziz bir şəxs də var. Bu sözün əsl mənasında Mingəçeviri arxitektor baxımdan viran qoyan Baş memar Etibar Abdullayevdi. Torpaq və obyekt yerlərinin satışı üzrə “peşəkar mütəxəssis” olan E.Abdullayevin rüşvət və korrupsiya əməllərinə rəvac verməsi də icra başçısının mingəçevirlilər qarşısındakı “xitmətlərdəndir”. Redaksiyamıza məlumat göndərən Mingəçevir sakinlərinin iddiasına görə, memarlığa aidiyyatı olmayan Etibar Abdullayev əslində İlham İsmayılov üç kassasından biridir.Elə Kür çayının içərsinin satılması da bu və ya digər formada onun əməyinin məhsuludur.Baş rolda isə əvvəlki icra başçısı Niyazi Bayramov və indiki rəhbər İlham İsmayılov olub. Hətta, iddia olunur ki, çayda 1000 kvadratmetr suyun iş adamı satılmasının müqabilində “Sədərək Yusif”dən 200 min manat pul alınıb. Bu qanunsuz satışı isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 02.05.2019-cu il tarixli 55 saylı sərəncamla rəsmiləşdirib. Və Yusif Qədimova məxsus “DEKA” şirkətinə verib» (Dunyanınsesi.az).

Sosial şəbəkə istifadəçisi İbrahim Türksoy Salamov belə bir paylaşım edib: «Mingəcevir Şəhər «Bələdiyəsi»…
Təyinatı bəlli olmayan, fəaliyyəti önəmsiz, gərəksiz bu qurum Şəhər İcra Orqanının işini təkrarlayır …
İcra Hakimiyyətindən qovulan, məktəblərdə əlavə siniflər açaraq xəlvəti Dövlət müəssisəsində saatlar yazdıran birisi — Ramiz Əliyev, İndi də Bələdiyyədə manevrlər edir …
Bu nə «mənzil haqqıdır»!? Evlərə bu vərəqələri tullayıb qaçırlar…
Bunu JEK — lər də yığır, Bələdiyyə də!

Bu Bələdiyyə niyə gedib tualetlərdən, qəbirsanlıqdan, bazarın qabağından pulları yığıb dilənciliyini etmir ki?
Utanmırlar! Birinə torpaq lazım olanda, camaatı bir dəstə «üzvlər» oyuncaq yerinə qoyurlar …
İndi haqqı olmayan yerlərdən pul tələb edirlər…
Özü də xüsusi hesabla!!!
Ramiz Əliyevin Bələdiyyə başqanı seçilməsi Dövlətə qarşı atılan ən sayğısız addımlardan biridir …
Dövlət Başçısı da bilməlidir ki, bu adam niyə İcra Hakimiyyətindən İşindən qovulub ( azad edilib)? Əslində onu DTX aparmalı idi…Sevinsin ki, normal «cırdı aradan » …
Beləliklə, Mingəçevir şəhərində baş verən neqativ hadisələrdən danışanlar qara maskalıların yolunu çox səbirsizliklə gözləməkdədirlər. Mövzuya qayıdacağıq…
Fedai.az Araşdırma Qrupu
