Eramızdan əvvəl 56-36-cı illər arasında Hun xanı olmuş və millətçiliyi dövlət siyasətinin əsasına çevirən Çiçi Xan Türk Millətçilərinin ilk nümayəndələrindəndir.
Çiçi Xan (Küçük Xan) eramızdan əvvəl 56-35-ci illər arasında xan vəzifəsində olmuş türk hökmdarıdır. Engin türk tarixinin dərinliklərində qalan qəhrəmanlardan biridir. Böyük ideallara sahib olmaq, Türklərə Avropanın qapılarını göstərən Böyük Hun xanıdır. Türk tarixində bilinməzlərə qarışıb. Lakin onun adı heç vaxt unudulmamalıdır. Onun həyatında Atatürklə çox oxşarlıqlar var. Tanrıkut Metenin qanındandır. Metedən təxminən 150 il sonra Hun imperiyasının Aral gölü və Qərbi Türküstan bölgəsində qurulan Qərbi Hun dövlətinin hökmdarıdır.
Son Hun tanhusu olan qardaşı Ho-Han-Yehin dövlətin çətin şərtlərini əsas gətirərək tabeçliyinə keçmək istəyəndə, ÇiÇi Yabqu başqa bir xalqın himayəsi altına düşməkdən imtina etdi və qardaşının hakimiyyətini tanımadı.
…Əsir olmağı düşünməyən Çiçi şərəflə ölməyi seçməli oldu. Çin mənbələrində aşağıdakılar belə təsvir olunur:

“O, beşrəngli bayrağını Çiçi qalasının divarlarına sancmış və hunların hökmdarı olduğu müddətdə dünyanın hökmdarı ola biləcəyini bəyan etmişdi. Qaladan kiçik bir süvari dəstəsi çıxmışdı və böyük Çin qüvvələrinə qarşı yürüş etməyə başlamışdı. Bu əsnada 60 (70) min nəfərlik böyük Çin qüvvəsi hərəkətə keçdi və bu kiçik süvari qoşuna hücum edərək qalaya çatmışdı. Gecə hunlar yenidən çıxış hərəkatı etmiş, bu dəfə böyük qüvvələr qarşısında qalaya çəkilmək məcburiyyətində qalmışdılar. Ertəsi gün döyüş başladı. Qalanı müdafiə edənlər arasında qadınlar da var idi. Qalanın yuxarısındakı divarlar arasında kişi və qadın cəsədləri bir-birinə qarışaraq uzanmışdı. Onun üzünü, ox da yaralamışdı”.
Çinlilər yardımçı qüvvələrlə birlikdə hər cür vəhşilik edərək qırğın törədirdilər. Qəhrəmancasına müqavimət göstərən hun döyüşçüləri, kişilər və qadınlar canlarını ucuz satmayacaqlarına söz vermişdilər. Onların buna nə dərəcədə nail olduqlarını düşmənin hərəkətlərindən də görmək olardı. Çinlilər bütün şəhəri yandırdılar. “Çiçi xan başa düşdü ki, sonu yaxınlaşır, yaralı canavar kimi düşmənə tərəf qaçdı, lakin tezliklə düşmənin oxlarının hədəfinə düşdü və öldürüldü. Döyüşçülər arasında nə qadın, nə də kişi qalmadı. Çinli zabit qəhrəman türkün başını kəsərək Çin hökumətinin qərargahına göndərir. Sonuncu müstəqil Hun padşahı beləcə aradan qaldırıldı. Bu müharibədə 1518 qurban və 145 əsir götürüldü. Onların arasında uşaqlar və qadınlar da var idi”.
Qumdev son cümləni deyir:
“Müharibə bitdi, haqq-hesab başladı. 1518 hunun boynu vurulmuş, Yabqunun arvadlarının, böyük oğlunun da başları kəsilmiş, mindən çox adam qaliblərin mərhəmətinə sığınmışdı. Bu hadisələrin meydana gəlməsi, Çiçinin ölümü M.Ö. 36 — cı ildə baş verib.
Çiçi Xan, Türkün əyilməz, əsarət və köləlikdən uzaq xarakterinin təcəssümüdür.

Hun hökmdarlarından Çiçi Yabqu, eramızdan əvvəl 36-cı ildə Çin qüvvələri ilə müharibədən öncə ordusunu təşviq etmək üçün etdiyi tarixi nitq:
- Cəsarətə heyran olmaq və əsarəti, tabe olmağı rüsvayçılıq hesab etmək bizim ənənəmizdir. Torpaqla bərabər əcdadlarımızdan bizə miras qalan dövlətimizi və müstəqilliyimizi qurban verə bilmərik.
Hələ döyüşəcək döyüşçülərimiz varsa, dövlətimizi, müstəqilliyimizi qorumalıyıq. Biz əyilməyəcəyik, çünki bu, izzət və şərəflə yaşayan əcdadlarımızın ruhuna qarşı mümkün olan ən böyük xəyanətdir. Atalarımız böyük dövlətlərlə bərabər bizə azadlığı, müstəqilliyi əmanət ediblər. Döyüşçü və süvari həyatımız sayəsində yadelliləri titrədən bir millətə çevrilmişik.
Qorumaq üçün mükəlləf olduğumuz bütün bu əmanətləri alçaq həyat naminə qurban verə bilmərik. Bildiyiniz kimi, müharibədə igidlərin taleyi ölümdür. Biz ölsək də, qəhrəmanlığımızın şan-şöhrəti yaşayacaq, övladlarımız, nəvələrimiz başqa tayfaların ağası olacaqlar.
