Rusiyalı «gey zakon» ayamalı deputatın niyə cavabı verilmir?

Bir vaxtlar Rusiyada «gey zakon» ayamalı millət vəkili Aleksandr Şerinin ideya babası Jirinovskini Rusiyanın qapı arasında qalan nazik orqanı olduğunu yazmışdıq. Bəs görəsən bu Jirikin hansı orqanıdır?


«Azərbaycan səhv edir və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlılarını lazımınca qiymətləndirmir”.


Bunu LDPR-nin keçmiş deputatı Aleksandr Şerin deyib. Şerinin sözlərinə görə, Ukrayna da Rusiya barədə səhv edib. Xatırladaq ki, 2021-ci ildə Rusiyanı Ukraynaya hücum etməyə çağıran bu üzdəniraq, sonradan təpkilərə görə öz dediklərini təkzib etmişdi. Amma bizdən təpki görmədiyinə görə daha da irəli gedərək hədyanlar danışmaqda davam edir.


“Bakıya gəlincə, Türkiyə Azərbaycan tərəfinin müttəfiqidir, Rusiya dövləti ilə heç vaxt dost olmayıb, deyil və olmayacaq”, – deyə Şerin sərsəmləyib.

Liberal Demokrat Partiyasından olan keçmiş deputat bildirib ki, Bakı yanılır və Qarabağdakı Rusiya sülhməramlılarını lazımi səviyyədə qiymətləndirmir.


Yəni bizi bölgədəki erməniməramlı qüvvələrlə təhdid edir. Amma bu zavallı bu qüvvələrin missiyasının nədən ibarət olduğunu bilmir.


Şerin haqqında cinayət işi qaldırıb sazişimiz olduğuna görə axtarışa vermək lazım deyil. Dumada bu üzdəniraq deputatın toxunulmazlığına xitam verməklə cinayət işi başlamaq vacibdir.


Ətraflı videoda:

Bu xəbəri paylaşın: