
XAQANİ Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri, II dərəcə Vətən müharibəsi əlili
Fərrux olayları bir daha ermənilərin düzəlməklə işləri olmadığını və bu xalqın yaranışdan saxtakar, həyasız olması bir daha təsdiqləndi. Erməni saytı News.am öz aləmində «ciddi araşdırmalar» aparıb və bu məlumatları rus, ingilis və erməni dillərində facebookda paylaşıb. Öz dillərində «F» səsi olmayan və hətta bu səsi tələffüz edə bilməyən bu «fındığa, pındık» deyən millətin Fərruxa, Parux deməsi, əslində bütün reallığa işıq salmaq üçün yetərlidi. Amma bu həyasız toplumun quduz kimi baxdığı tək şey həqiqətdir, reallıqdır.
Yazını olduğu kimi diqqətinizə çatdırırıq:
Azərbaycan Fərrux və Daşbaşı (Qaraqlux) erməni mədəni irsini məhv edir və aşkar saxtakarlıqlara əl atır. Bu barədə «artsax respublikasının təhsil, elm, mədəniyyət və idman nazirliyinin» bəyanatında deyilir.
“2022-ci il martın 24-də Azərbaycanın təcavüzü nəticəsində düşmən artsaxın Əsgəran rayonunun Fərrux kəndi, keçmiş Daşbaşı (Qaraqlux) qəsəbəsi və eyniadlı yüksəkliyi zəbt edib. Azərbaycan silahlı qüvvələri «işğal» (azad etdiyi demək istəyib — red.) etdiyi bu ərazidə erməni tarixi-mədəni irsinin məhv edilməsi üçün öz bədnam mexanizmini dərhal tətbiq etdi.
Bu ərazi həm strateji baxımdan, həm də özünəməxsus tarixi-mədəni və tarixi-təbii mühitinə görə vacibdir. Daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət siyahısına əsasən, yuxarıda göstərilən ərazilərdə 20-yə yaxın abidə, o cümlədən 2 kilsə (o cümlədən, Müqəddəs Ana Kilsəsi, XIII əsr, fotoşəkil əlavə olunur), məşhur «Şikakar-Karaqlux» (Pirlər — Sıxlar — Daşbaşı) rəsmi qeydiyyata alınıb. Qala, arxeoloji əhəmiyyətə malik mədəniyyət abidələri, qəbiristanlıqlar, xaçkarlar, qəbir daşları. 2011-ci ildə Azıx (Azox) Beynəlxalq Arxeoloji Ekspedisiyasının tədqiqat apardığı Şıxlar (Şikakar) mağarası da burada yerləşir.
Lakin vurğulamaq lazımdır ki, bu ərazi hələ də yetərincə öyrənilməmişdir ki, bunu 2021-ci ilin dekabrında orada aparılan tədqiqatlar da təsdiqləyir, nəticədə daha otuza yaxın abidə aşkar edilib…
SÖZARDI: Bu zavallı erməni ətrafdakıların hamısını sanki nadan rus əyyaşı sayıb sırıdıqları toponimlərə diqqət edin: Fərrux — Parux, Şıxlar — Şikakar, öz aləmlərində bu sözü erməniləşdirərək «kar»- ermənicə qaya, daş sonluğu artırmışlar. Yəni Şıx qayası. Ermənidə Şıx, şeyx olmur. Daşbaşı toponimini də sadəcə erməni dilinə tərcümə ediblər. Kar -ermənicə daş, qlux — baş deməkdir. Yəni Daşbaşı adını bu soysuzlar bu cür «erməniləşdiriblər». Nə edək ki, bizimkilərin belə «xırda məsələlərlə» Akademiyada işləri olmaz. Onların daha cahaşümul «ixtira və kəşfləri» var. Amma bircə vaxtları yoxdu. Azıx adına gəlincə isə 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor Dəmir Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır. Məmmədəli Hüseynov 1968-ci ildə Azıx mağara düşərgəsinin orta aşel təbəqəsindən daş alətlər və daşlaşmış heyvan sümükləri ilə bir yerdə 350-400 min il yaşı olan ibtidai insanın alt çənə sümüyünün bir hissəsini də tapmaqla dünyaya səs saldı. Sonrakı illərdə tədqiqatların davam etdirilməsi nəticəsində Azıxda və ümumiyyətlə, Quruçay vadisində erkən insanın hələ 2 milyon il bundan öncə məskunlaşdığı arxeoloq Məmmədəli Hüseynov tərəfindən tutarlı elmi dəlillərlə sübuta yetirildi. Bu sahədə də alimin verdiyi məlumatlarda məkrli ermənilərin Azıx adını Azox etmək və bunu erməni abidəsi kimi təqdim etməsi üçün pul, qadın təklif etmələri barədə yazılıb.
Erməni həyasızlığına diqqət edin ki, dünyada tanınmış və tədqiq olunmuş bir abidəni altını — üstünə çevirməkləri bəs deyilmiş kimi, bu vandal və barbar insanlığa təhqir sayılan varlıqlar ən qədim abidəmizə iddia edirlər. Orta əsrlərdəki «erməni abidələrindən», xaçkarlardan danışırlar. Nəinki Qarabağda, heç tarixi İrəvan torpaqlarında 300 yaşlı bir erməni leşi tapmayan bu həyasız toplum, sanki bəşəriyyəti barmağına dolayıb. O qədər yalanlar uydurublar ki, bu gün də bu yalanlar içində özləri çaş-baş qalıblar.
News.am-ın zavallı araşdırmaçısı yazır: Azərbaycanın erməniyə nifrət siyasətinin acı təcrübəsini nəzərə alaraq, bu ölkə «artsaxın» azad olunmuş ərazilərində mədəni vandalizmi ən yüksək səviyyədə təşkil edir və təşviq edir, biz əminliklə bildiririk ki, Azərbaycanın işğalı şəraitində tarixi və mədəni irs Fərrux və Daşbaşı da təhlükə altındadır.
2022-ci il martın 30-da AZTV Azərbaycan mediası tərəfindən dərc edilmiş və azərbaycanlıların yerin altından tapılan insan qalıqlarını nümayiş etdirdiyi videoya baxdıqdan sonra narahatlığımız daha da aktuallaşır. Azərbaycan təbliğat maşını hiyləgər və məkrli üsullara əl ataraq bu faktı 1992-ci il hərbi əməliyyatları nəticəsində «İvanyan» kəndindən (azərbaycanca — Xocalı) azərbaycanlıların kütləvi məzarlığı kimi təqdim edir. Ancaq reallıq tamam başqadır:
1. Baxmayaraq ki, Azərbaycan tərəfi uzun müddət saxtakarlığa əl atıb və erməni tərəfini İvanyan kəndində azərbaycanlıların qətliamında ittiham etsə də, «artsax silahlı qüvvələrinin» mülki əhaliyə hərbi əməliyyatlar zamanı humanitar dəhliz vermiş və humanitar dəhliz təqdim etdiyinə dair çoxsaylı təkzibedilməz sübutlar var. Bu qırğın Azərbaycan müxalifətinin silahlıları tərəfindən onların nəzarətində olan «Akna» (azərbaycanca — Ağdam) yaxınlığında törədilib. Onlar bu qırğından Azərbaycanda hakimiyyəti dəyişmək üçün istifadə etmək niyyətində idilər, bunu hətta Azərbaycanın o vaxtkı prezidenti Ayaz Mütəllibov da etiraf etmişdi. Daha ətraflı sübutları burada (здесь) tapa bilərsiniz.
SÖZARDI: Bu yaxınlarda rəhmətə gedən Ayaz Mütəllibov bu deyilənləri dönə-dönə təkzib edərək, bunun erməni təxribatı olduğunu bəyan edib. Üstəlik saytın istinad verdiyi informasiya da mövcud deyil. Bu bir erməni həyasızlığının əsilsizliyinin puçluğu deməkdir. XX əsrdə Xocalı faciəsini törədən bir vəhşi xalqın nümayəndəsinin qalxıb 44 gündə bircə konvensiyaya zidd fakt göstərmədən ermənifobiyadan dəm vurmasının tək adı ermənilikdir.
2. Əlimizdə olan faktiki, coğrafi və mədəni məlumatların təhlili əsasında məlum olur ki, yuxarıda qeyd olunan kadrlar Fərrux kəndindəki “Kalen Hut” adlı erməni qəbiristanlığında lentə alınıb və bu, IX-XII əsrlərə aiddir. Ona görə də təqdim edilən sümüklər köhnə erməni qəbiristanlığının skelet qalıqlarıdır.
a) Əraziyə bələd olan ekspertlər və Fərrux sakinləri videonun Kalen Hut qəbiristanlığında lentə alındığını iddia edirlər.
b) Kulturoloq və arxeoloqların bircə baxışı kifayətdir ki, videoda göstərilən insan kəllə sümükləri ermənilərə xas olan armenoid antropoloji tipli braxisefal (yastıbaş) quruluşa malikdir, Azərbaycan əhalisi isə dolixosefal (uzunbaş) ) Xəzər antropoloji tipli kəllənin quruluşu (foto əlavə olunur).

c) Göstərilən sümüklərin hamısı hamar səthə malikdir ki, bu da arxeoloji mənada onların 30 yaşında deyil, əsrlikdə olduğunu bildirir. Azərbaycan əhalisinin köçəri əcdadları isə «artsaxın» bu hissələrinə yalnız 18-19-cu əsrlərdə basqın ediblər(!!!)…
SÖZARDI: 1925-1939 cu illərdə Türkiyədə erməni Nazan Maksudyan adlı birisi türk antropoloji məcmusunu «təhlil» etmiş və türkləri braxikefal, alpin irqinin təmsilçiləri olduğunu bildirmişdir. Bu erməni, «Mərkəzi Asiya» nəzəriyyəsinə əsaslanaraq türklərin Oğuzlarla heç bir əlaqəsinin omadığını dünyaya göstərməyə çalışırdı. Türkiyədə dolixikefal baş quruluşlarını yaxına buraxmayan bu erməninin əməllərini anlaya bilirsinizmi? Gəlmə monqoloid türklər…
Bəli, erməni saytı bu dəfə doğru yazıb ki, Azərbaycan Türkləri doliksikefal baş ölçülərinə malik, ağ irqə mənsub bir soydan gəlirlər. Azərbaycan türklərinin mənsub olduqları Kaspi irqi və saklar (skiflər) da dolixikefal olaraq 75-76 göstəricilərə malikdirlər. Eyni mənzərə də Anadoludadır. Bu bir daha sübut edir ki, türkün Ata yurdu Azərbaycan və Anadoludur. Bu zavallı erməni gopçusu bilmir ki, Türklüyü təyin edən dolixikefal-SAF QAN və ilkin olan insanlığın göstəriciləridir. Türk xalqı hay hiyeredulları kimi Artemid məbədində müqəddəs məbəd fahişələri kimi döllənməyiblər. Bu cür döllənmədən yaranmış bir topluma hay (sanskritcə, hindcə və hətta ingiliscə bu söz saman deməkdir. Türklər də elə məhz bu baxımdan bu topluma hay-boş deyiblər) adını boşuna verməyiblər. Bir toplumun yanlış adla, oğurluq efiop əlifbası ilə, qondarma dillə, saxta tarixlə və yalnız oğurluqla var olmağı özünə rəva görməsi faciədir.
Tarixən erməni (Armenua) adının bunlara dəxli olmaması da ortadadır. Bu adın yaranışı ilə bağlı Urartu mənbələri məlumat verib. Urartu hökmdarı Menua bir şəhər salır. Bu şəhərə kənar ölkələr Ar Menua, Er Menua demələrinin izini Urartunun əsas sakinləri və varisləri olan çeçenlərdə axtarmaq lazımdır. Kök baxımından eyni kök olaraq ayrılan Okot, Okur və Okuzları bilmədən bu tarixdən danışmaq erməni başının işi eyil. Okot tayfası olan indiki çeçenlərin bu şəhəri «Menuanın yeri» anlamında olan Armenua şəhərinin adıdır. Yəni Okot tayfalarında da türkcədə olduğu kimi yer-ar, er, ir, kir və s. adlanırdı. Bu gün Ağdamda Tiqrankert axtaran bu axmaq toplum şizofreniyanın son mərhələsinə qədəm qoyub. Paskeviç kimi bir rus işğalçısı bu qaraçı köçünü necə təşkil etdiyini gedib oxumaqdansa, burada baxışla doliksikefal axtarırlar.
Fərrux yüksəkliyində itkin düşən 62 hərbçidən bu günədək xəbər alınmayıb. Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olduğu bildirilir. Fərrux kəndində aşkarlanan qalıqlar Birinci Qarabağ Müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir. Biz burada tarix yox, şəhidlərimizi axtarırıq və bu torpağı min metr qazsaq da «TÜRK» deyə hayqıracağına da əminik.
Armenoid adlı irq bir fransız uydurmasıdır. Bu əlamətlər kompleksi assiroid irqi adı altında İ.Deniker tərəfindən seçilib və “armenoid irqi” adını ilk dəfə 1933-cü ildə fransız antropoloqu J. Montadon işlətmişdir. Əhali yanaşmasında “armenoid irqi” termini demək olar ki, işlədilmir. V.P. Alekseev qeyd etdi ki, Qərbi Asiyanın müasir əhalisi arasında bir çox ərazilərdə Armenoidə oxşar simvollar kompleksi aşkar edilmiş və Armenoid variantı Aralıq dənizi və ya Cənubi Avropa yerli irqinin Ön Asiya populyasiyaları qrupuna daxildir. Özü də bu bədnam erməni 12-ci əsrdə burada armenoid axtarması lap gülməlidir.
Məsələn, fakt kimi deyək ki, şəhid Mehman Bəhram oğlu Eminovun Zaqatalanın Suvagil kəndindən olan ailəsi bu gün də bir avar ailəsi kimi onun yolunu gözləyir. Biz erməni deyilik ki, nəinki dirilərə, hətta ölülərə də fərq qoyaq. Biz erməni deyilik ki, monoetnik ölkə yaradıb nifrət içindəki boşluqda boğulaq. Biz bu vətəndə doliksikefal, braksikefal və mezokefal ilə birgə yaşamağı bacaran toleriant bir millətik…
3. Üstəlik, Azərbaycan təbliğat maşını elə əsassız və yalan arqumentlərdən istifadə edir ki, İvanyan kəndinin (azərbaycanca — Xocalı) Fərruxdan ən azı 17 kilometr aralıda (xəritə əlavə olunur) olduğunu da iddia etmək olar və açıq-aydın görünür ki, İvanyan kəndindəki döyüşlərin Fərruxla heç bir əlaqəsi ola bilməzdi.
Təqdim olunan faktlar o qədər dolğundur ki, bizə erməni mədəni irsinin dağıdılmasının növbəti epizodunu deyil, həm də Azərbaycan tərəfinin növbəti saxtakarlığını, öz xalqını və dünya ictimaiyyətini aldatmaq cəhdini bir daha bəyan etmək qalır.
SÖZARDI: Bu sətrləri Ağdərəli kimi yazıram. Paskeviç və qeyri gorbagor ruslar bu erməni qaraçılarının köçürüb bizim ərazilərə yerləşdirən vaxtlarda bizim kəndlərdə imkanlı və igidliyi ilə seçilən iki qardaş var imiş Əhliyyət və Qənaət adlı qardaşlara bir gün anaları deyir: «Bala bu erməni-erməni deyirlər, o nə mənədi? Qardaşlardan biri zarafatcıl imiş. Bunu yadda saxlayır və bir gün bir ermənini nökər işlətmək üçün gətirib anasını çağırır və deyir: «Ana, çıx bax, bu da erməni». Anası eyvandan baxıb deyir: «Boy qara gəlmiş erməni, necə də adama oxşayır?» Bu hadisə 1848-ci ildə olub, ay özünü «aborigen» sayan pislik…
Bu gün həyasızcasına özünə Arsaq deyə bilən erməni sonda özünə mütləq türk deyəcək. Çünki onlar Arsaqların türk olmalarını yaxşı bilirlər. Xatırlatma üçün qeyd edim ki, Böyük Arsaqlardan fərqli olaraq Kiçik Arsaqlar e.ə.250 ci ildə şərqdən gəldilər. Onlar tarix səhnəsinə Makedoniyalı İsgəndərin ölümündən 10 il sonra çıxdılar. Onlar Midiya və Albaniyanın əsil sahibləri olan Böyük sak-oğuzların uc bəyliyi olan Kiçik Arsaqlar (Arşakuni) da 24 Oğuz boyunun sol qoluna mənsub olan Üç Okların Dağ Alp (Dağ xan) oğlu Salğur (Salvur) soyundan və Qazan xan sülaləsindən sayılırlar. Xatırladım ki, Böyük Arsaqlar da 24 Oğuz boyunun sol qolunu təşkil edən Üç Okların Göy Alp (Göy Xan) oğlu Bayandur boyundandır. Sadəcə Kiçik Arsaqlar Səlcuklular kimi haylara öz çarlarını qoyub onları toplum kimi hücumlardan qorumuşlar. Sonucda xəyanət edərək öz ağalarını Likula satmışdılar. Bu gün həyacanla xəbər yazanların savadsız olmaları bəllidir. Bəs bizim tarixçilər niyə susurlar? Niyə müharibə adına xərclənən milyonların fonunda bir dənə nə elmi, nə də strateji araşdırma mərkəzimizin batmış boyu görsənmir? Sabah haylar qalxıb da «Oğuzuq, yaxud da türkük» — desələr kimsənin etiraz etməyəcəyi bəllidir…

Sayt yazır: Belə ki, Azərbaycanın 2020-ci il hərbi təcavüzündən sonra yeni vüsət almış və bir çox beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmış, o cümlədən Ermənistanın zəngin erməni və ümumi xristian mədəni irsinə qarşı son onilliklərdə sistemli və qəsdən törədilmiş cinayətləri nəzərə alaraq, Avropa Parlamentinin 9 mart 2022-ci il tarixli qərarı ilə beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını və mədəni irsin mühafizəsi ilə məşğul olan təşkilatları Azərbaycanın həyata keçirdiyi etnik-mədəni soyqırımın qarşısının alınması üçün biganəlik nümayiş etdirməməyə və tədbirlər görməyə çağırırıq. Təəssüf edirik ki, YUNESKO öz öhdəliklərinə və çağırışına baxmayaraq, indiyədək «artsaxın» işğal olunmuş ərazilərinə faktaraşdırıcı missiya göndərməyib və Azərbaycanın yeni cinayətlərinin qarşısını almaq üçün əhəmiyyətli səylər göstərməyib”, deyə nazirliyin bəyanatında deyilir…
SÖZARDI: Əlbəttə ki, bu toplumu birdəfəlik istifadə üçün bütün xarici dövlətlər növbəyə durub. Hərə öz köpəyinə sahib çıxmalıdır. Qafqaz ermənilərin yeri deyil. Bu yazını Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimovun təkidiylə yazdım. Amma bu yazını, nə ruscaya, nə ingilis dilinə çevirmək imkanımız yoxdur. Nə də bunu Azərbaycanın pullu «Azərbaycandilli Rusiya mətbuatı» etməyəcək. Dəfələrlə yazmışam və bir də təkrar edirəm ki, informasiya savaşı iki aspektdə aparılır: Hərbi aspekt, tarixi aspekt. Tarixi aspektdə bircə cümlə yaza bilən jurnalisti tanıyırsınızmı? Al pulunu, yaz Fatmanisənin alt paltarından. Budur, bizim savaş. Vətən sizin nəyinizə…


