Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon və şəhər şöbələrinin hər il olduğu kimi bu il şəhidlərimizi anıblar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsi sədrinin müavini Şamil Abbasovun rəhbərliyi ilə şöbə üzvləri Anım mərasimlərində iştirak etmişlər.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Etibar Firuddin oğlu Hacıyevin və 44 günlük Vətən müharibəsində şəhid olmuş Elşad Saməddin oğlu Allahverdiyevin Anım mərasimlərində iştirak edən müharibə veteranlrı şəhidlərin məzarlarını ziyarət edərək gül qoymuş və ruhlarına dualar oxumuşlar.

Müharibə veteranları şəhidlərin yaxınlarına AVMVİB Rəhbərliyi adından başsağlığı vermişlər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nurlan Məmmədli






