KİV-lər “Kadırovun Tiktok döyüşçülərini” ələ salıblar

Çeçenistan rəhbəri Ramzan Kadırovun Mariupoldan yayımladığı videoların əksəriyyəti şəhərin tam “kadırovçular”ın nəzarətində olduğunu iddia etməsinə baxmayaraq, başqa bir şəhər meydanında lentə alınıb.

Demək olar ki, Mariupoldan yayımlanan ilk videolardan Kadırov şəhərin artıq onların nəzarətində olduğunu iddia edirdi. Lakin məlum oldu ki, bu, həqiqətdən uzaqdır.

«SlidstvoInfo» Mariupoldan Kadırovun teleqramında dərc etdiyi videoları təhlil edib. Onların əksəriyyətində jurnalistlər atışmanın baş verdiyi yerləri dəqiq müəyyənləşdiriblər.

Kadırov Mariupol üzərində tam nəzarəti həyata keçirməklə öyünərkən, onun silahlıları şəhər kənarındakı Kazaklar Meydanından videolar yükləyiblər.

Bu meydan şəhərin dörd rayonundan birində, Levoborejnıda yerləşir. Bu, Rusiya sərhədlərinə ən yaxındır. Jurnalistlərin təhlil etdiyi videoların əksəriyyətində “kadırovçular” məhz bu ərazidə hərəkət edirlər. Yəni, söhbət şəhərə tam nəzarətdən getmir.

Həmçinin, Kadırovçular dronlardan necə istifadə edəcəyini bilmədiklərinə görə tənqid edildikdən sonra Kadırovun «Tiktok» döyüşçüləri sosial şəbəkələrdə səhnələşdirilmiş videoları dublyaj edərək İHA-larla işləmək haqqında hekayələr də çəkməyə başlayıblar.

Kiyev yaxınlığında baş verən döyüşlər zamanı Şeyx Mənsur adına çeçen batalyonunun “kadırovçular” adlanan xüsusi motoatıcı alayın 2 min silahlısını öldürdüyü üzə çıxıb. 700 silahlı yaralanıb.

Bu barədə Türkiyənin “Yeni Akit” qəzeti məlumat yayıb. Bildirilib ki, Ukraynada Rusiya ordusu sıralarında Kadırovun şəxsi mühafizəsinin 10 min üzvü iştirak edib. Şeyx Mənsur adına çeçen batalyonu da məhz “kadırovçu”ların döyüşdüyü cəbhəyə gedərək, onlarla mübarizə aparıb.

Hazırda Ukraynada Kiyevi dəstəkləyən iki böyük çeçen qrup var. Onlar Dudayevə sadiq qüvvələrdir. Digər qrup da Ramzan Kadırova qarşı mövqeyi ilə seçilir. Məlumata görə, bu qruplar 2014-cü ildən bəri rusiyameyilli qüvvələrə və Rusiya ordusuna qarşı mübarizə aparırlar.

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: