Paşinyanın yeni «kəşfi»: Qarabağ məsələsi ərazi deyil, hüquq məsələsidir

Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və Qarabağ məsələsi ərazi deyil, hüquq məsələsidir.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verilməsi, onların hüquq və azadlıqlarının təmin edilməsi və Dağlıq Qarabağın yekun statusunun aydınlaşdırılması Ermənistan üçün prinsipial əhəmiyyət kəsb edir.

“Bu mövqe Brüsseldə keçirilən son görüşdə müəyyən edilib. Əgər əvvəllər biz Qarabağın statusu üzərində dayanaraq, bunu, təhlükəsizliyin və hüquqların təminatı məsələsi kimi ortaya qoyurduqsa, indi təhlükəsizlik və hüquqların təminatlarını əsas prinsip kimi qoyuruq ki, status məsələsi bundan irəli gəlir. Biz müəyyən edirik ki, bu vəziyyətdə status məsələsi məqsəd deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etmək vasitəsidir”, — Paşinyan bildirib.

Atmaca: Qabaqlar ermənilər deyirdilər ki, Qarabağı de fakto (ərazicə) həll etmişik, qalıb de yure (hüquqi) sənədləşdirmək. İndi də Paşinyan tərsinə deyir. Əvvəlcə de yure (hüquqi) həll edək…

Bu xəbəri paylaşın: