Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Qurban Osman oğlu Qurbanov «Şöhrət” ordeni ilə təltif edilib.
Fedai.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

«Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Şöhrət” ordeninə layiq görülməsinə və aldığı coxsaylı təbriklərə münasibət bildirib.
Bu gün 50 illik yubileyini qeyd edən təcrübəli mütəxəssis qol.az saytına verdiyi açıqlamada deyib:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Ali Baş Komandanımızın məni «Şöhrət» ordeni ilə təltif etməsi karyeramın ən böyük hədiyyəsi oldu. Belə qayğı və diqqətə görə minnətdaram. Bu gün çoxlu təbriklər almışam. Təbrik edən hər kəsə təşəkkür edirəm. Əmin oldum ki, «Qarabağ» və mənim uğurlarımı izləyirlər, istəyirlər. Allah Azərbaycan xalqını qorusun”.
Təbrik edirik!
