Nikol «sülh müqaviləsindən», Araik isə «müstəqillikdən» dəm vurur

Aprelin 12-də separatçıların özündənprezidenti Arayik Arutyunyan Ağdərə (Mardakert) şəhərində vilayət administrasiyasının yüksək vəzifəli şəxsləri, icma rəhbərləri və yerli sakinlərlə görüşüb.

Prezidentin mətbuat xidməti xəbər verir ki, görüş zamanı son geosiyasi hadisələr və bu kontekstdə Qarabağdakı hərbi-siyasi vəziyyət, həmçinin təhlükəsizlik məsələləri, sosial-iqtisadi problemlər müzakirə olunub.

O, çıxışında Əsgəran rayonunun Fərrux icmasında və Daşbaşı yüksəkliyində son zamanlar baş verən hadisələrə toxunaraq qeyd edib ki, Azərbaycan tərəfinin geri çəkilməsi ilə bağlı Qarabağda yerləşən Rusiya sülhməramlı komandanlığı ilə danışıqlar davam edir. Bununla yanaşı, Arayik Arutyunyan münaqişə zonasında Rusiyanın sülhməramlı qüvvələrinin hesabına nisbi və kövrək sülhün təmin edilməsinin mümkün olduğunu vurğulayıb. Xalq və hakimiyyət orqanları əmindirlər ki, onların mövcudluğu təminatlı və qeyri-müəyyən olmalıdır, müvafiq olaraq hərbi personal və hərbi texnikanın sayı artırılmalıdır.

Üzdəniraq Araik xalqların öz müqəddəratını təyinetmə hüququna əsaslanan müstəqillik və dövlət quruculuğu uğrunda mübarizəyə sadiqliyini bir daha təsdiqləyib və vurğuladı ki, Rusiya sülhməramlı qoşunlarının təminatları və fəaliyyətləri ilə paralel olaraq, hökumət öz fəaliyyətini davam etdirəcək. Həm də özünün təhlükəsizlik mexanizmlərinin və mülki müdafiə sisteminin təmin edilməsinin səmərəliliyini artıracaq.

Xatırladaq ki, bir gün öncə N. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan dəm vurmuşdu…

Bu xəbəri paylaşın: