Türkün «Bayraktar»ının kölgəsinə sığınıb Türk qatillərini öyən Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Yunanıstan parlamentində ölkəsinin neonasist batalyonlarından biri olan “Azov”un üzvləri ilə birgə danışıb. Zelenskinin «Azov» üzvləri ilə Yunanıstan parlamentindəki videokonfrans çıxışına qatılacağı gözlənilmirdi.

Bunu görən bir çox yunan parlamentar onu boykot etdi. Zelenski, öz çıxışında Türkləri qətl edən örgütü öydü.

Bildirilir ki, Zelenskinin çıxışını yalnız hakim “Yeni Demokratiya” partiyasının üzvləri dinləyib.

Syriza partiyasının nümayəndələri isə qeyd ediblər ki, Yunanıstan parlamentində Azov üzvlərinin Zelenski ilə birlikdə danışması qəbuledilməzdir.

TÜRKLƏRİ ÖLDÜRƏN TƏŞKİLATA ÖYGÜ

Oda TV-nin məlumatına görə, Zelenski parlamentdəki çıxışında türkləri qətlə yetirən təşkilatı tərifləyib.

Zelenski 1821-ci ildə Osmanlıya qarşı üsyan edən, Mora və Kritdə on minlərlə türkü qətlə yetirən türkcə «Dostluq Cəmiyyəti» mənasını verən «Filiki Eterya» təşkilatını tərifləyib: «Filiki Eterya burada, Odessada qurulub. Yunan inqilabçıları müstəqillik və ya ölüm deyirdilər. Bu gün də biz eyni şeyi deyirik. Keçmişdə olduğu kimi, ellinizmin mərkəzi olan Odessa (?) indi də təhlükə altındadır. Bu gün Yunanıstan və Ukrayna arasında «Filiki Etheria» yaradıla bilər”.

FİLİKİ ETERİYA VƏ TÜRK QIRĞINLARI

Filiki Eterya 1814-cü ildə yaradılıb. O, İstanbulu və Qərbi Anadolunu ələ keçirməklə “Meqali İdea”, yəni “Böyük Yunanıstan” ideyasını həyata keçirmək istəyirdi.

Filiki Eteryanın başçılığı ilə təşkil edilən yunan qüvvələri 1821-ci ildə Osmanlılara qarşı üsyan etdi.

1821-ci ilin avqustunda Yunanıstanın Peloponnes bölgəsindəki Navarino şəhərini tutdu.

Yunan qoşunları türklərlə sövdələşərək söz verdilər ki, türklər öz mülklərini tərk edərlərsə, şəhəri salamat tərk edə bilərlər.

KÖRPƏLƏRİ DAŞLARA VURARAQ ÖLDÜRÜBLƏR

Türklər mallarını təslim etdikdən sonra Filippin Etheria tərəfi müqaviləyə xəyanət edərək türklərə hücum etdi.

Üç mindən çox türk qətlə yetirildi. Şotlandiyalı tarixçi Corc Finlay hadisəni belə təsvir edir:

“Yaralı qadınlar qucağında körpələrlə dənizə qaçıblar. Yunan qüvvələri qadınlara atəş açıb. Körpələr qayalara çırpılaraq öldürülüb. Üç-dörd yaşlı uşaqlar dənizdə batıb”.

BÜTÜN MÜSƏLMANLARI HƏDƏF EDİRLƏR

Peloponnesdəki Tripolis şəhəri 23 sentyabr 1821-ci ildə yunan qüvvələrinin əlinə keçdi.

Şəhərdə 20 min türk və minlərlə alban əsilli müsəlman qətlə yetirildi.

Qırğından məsul olan yunan komandiri Teodoros Kolokotronis öz xatirələrində 20 mini türk olmaqla 32 min insanın qətlə yetirildiyini yazır. Kolokotronis qətlə yetirilən türklərin cəsədlərinə görə atının dırnaqlarının yerə dəymədiyini bildirib.

MORADA TÜRK QALMADI

Filiki Eterya təşkilatının və yunan qüvvələrinin qırğınlarından əvvəl Peloponnesdə 80.000 türk yaşayırdı.

40 mindən çox türk qətlə yetirildi. Sağ qalanlar Moranı tərk etdilər.

P.S. Türkün «Bayraktar»ının kölgəsinə sığınıb Türk qatillərini öyən Zelenski bu dəfə də «quşladı». Adama deyən lazım get komediantlığını elə. Ukrayna kimi gözəl bir ölkəni, belə uğursuz boşboğazlıqla xarabazara çevirdin. Prezident olmadan öncə tamaşalarından birində Ərdoğana «bığlı tarakan» demişdi.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: