RUSİYA. Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin bu günə olan itkilərini açıqlayıb.
Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov cümə axşamı bildirib ki, Ukraynada 24 fevraldan bəri Rusiya silahlı qüvvələri 700-ə yaxın təyyarəni, o cümlədən 448 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib:
131 təyyarə, 104 helikopter, 245 zenit-raket kompleksi, 448 pilotsuz uçuş aparatı, 2179 tank və digər zirehli döyüş texnikası, 248 reaktiv yaylım atəş sistemi, 944 səhra artilleriya və minaatan, o cümlədən 2088 ədəd xüsusi təyinatlı hərbi maşın”, — Konaşenkov bildirib.
UKRAYNA. Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd olunub ki, Ukraynaya geniş həcmli hücuma başlayandan Rusiya tərəfinin şəxsi heyətində itkilər 19 600-ə çatıb.
Gedən döyüşlərdə Rusiya ordusunun 753 tankı, 1 968 zirehli döyüş maşını, 366 artilleriya sistemi, 122 reaktiv yaylım atəş sistemi, 64 HHM sistemi, 160 təyyarəsi, 144 helikopteri, 1 437 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 134 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksi məhv edilib.