Rusiya Ukraynaya göndərilən hərbi yardıma görə ABŞ-a xəbərdarlıq edib.
Bu barədə TASS məlumat yayıb.
«Biz Amerika və onun müttəfiqlərini region və beynəlxalq təhlükəsizlik üçün gözlənilməz nəticələr doğura biləcək Ukraynanı məsuliyyətsiz şəkildə silahlandırmağa son qoymağa çağırırıq”, — Rusiyanın diplomatik müraciətində deyilir.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays CNN-ə verdiyi açıqlamada bu iddiaya belə cavab verib: «Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Birləşmiş Ştatlar Ukraynaya dəstəkdən əl çəkmək niyyətində deyil».
«Rusiya şəxsən bəzi bəyanatlar verir, lakin heç bir şey bizi seçdiyimiz strategiyadan imtina etməyə inandıra bilməz», — Prays deyib.
Eyni zamanda Prays bu məsələ ilə bağlı ABŞ və Rusiya arasında diplomatik təmasların hər hansı təfərrüatını açıqlamaqdan imtina edib. Aprelin 13-də Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli personal daşıyıcısı, 300 «Switchblade» mərmisi və tank əleyhinə sistemlər üçün 500 raket göndərmək qərarını açıqlayıb.
Yardım paketi çərçivəsində Ukraynaya ABŞ hərbi ləvazimatlarının ilk partiyasını daşıyan təyyarə 24 saat ərzində bölgəyə çatacaq.
