Rusiya «Moskva»nın qisasını almaq üçün «Neptun» raketi istehsal edən zavoda zərbə endirib

Rusiya “Neptun” gəmi əleyhinə raketlər üçün komponentlər istehsal edən Julyanski Maşınqayırma Zavodu Vizar Dövlət Müəssisəsinin sexlərinə raket hücumu edib.

Fedai.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı “Ukroboronprom” da rəsmən təsdiqlənib.


“Rusiya aprelin 15-də saat 01:30 radələrində Ukrayna tərəfindən Qara dənizdə «Moskva» freqat-kreyserinin batması xəbərindən sonra raket hücumu həyata keçirib”, — məlumatda qeyd olunub.

Ukrayna tərəfi gəminin «Neptun» raketi ilə vurulduğunu desə də, Rusiya Müdafiə Nazirliyi göyərtədəki sursatın partlaması nəticəsində yanğın baş verdiyini açıqlayıb.

Daha sonra gəmi təmir üçün limana aparılan zaman fırtınada batıb.

Bu xəbəri paylaşın: